Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


17.08.2018  13:36 

“Azərbaycan Rusiyanın yaratdığı KTMT-yə üzvü ola bilər”





A+  A-

Azərbaycan parlamentinin üzvü və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli haqqın.az saytına bildirib ki, Azərbaycan yeni geosiyasi şərtlər daxilində Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü də ola bilər.
“Ötən əsrin 90-cı illərində mövcud olan vəziyyət hazırda müşahidə etdiyimiz vəziyyətdən köklü şəkildə fərqlənir. 2002-ci ildə KTM-nin tam dəyərli beynəlxalq təşkilata çevrilməsi barədə qərar qəbul olunub. İndi də KTMT-ni sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır.

Cənubi Qafqazda Azərbaycanın lider rolunu və ölkəmizin artan hərbi gücünü nəzərə almaqla KTMT-də iştirakımız haqqında məsələni nəzərdən keçirmək məqsədəuyğun olardı. Axı biz onsuz da hərbi sahədə Rusiya ilə sıx əməkdaşlıq edirik. Əlbəttə, Ermənistan istisna olmaqla, KTMT-nin digər ölkələri ilə də bizim dostluq münasibətlərimiz mövcuddur və təhlükəsizlik sahəsində əməkdaşlıq edilir. Bu mənada da həmin təşkilatda üzvlük bizə KTMT-dəki prosesləri yalnız müşahidə etmək deyil, həm də onlara təsir etmək imkanı yaradacaq. Bunu da nəzərə almaq gərəkdir ki, istənilən ölkə istənilən vaxt bu təşkilatı tərk edə bilər və burada qərarlar konsensus əsasında qəbul edilir. Buna görə də mən ölkəmizin KTMT-də iştirakında hər hansı ciddi təhlükə görmürəm. Həm də bu təşkilatda müşahidəçi ölkə statusundan da başlamaq olar".

XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, əslində məsələ kifayət qədər ciddidir:

“Müasir dünya düzəni xaos içərisindədir. Bəzi ekspertlər hesab edirlər ki, ”Soyuq müharibə"dən sonra bərqərar olmuş qüvvələr nisbəti pozulur və dövlətlərin yenidən formalaşması, qruplaşması prosesi gedir. Əlbəttə ki, bu proses kiçik dövlətlərin də hansı tərəfdə olmasına təsir göstərəcək. Biz postsovet məkanına daxil olan və torpaq itkisi, etnik təmizləmə ilə üzləşmiş ölkə kimi hər addımımızı yüz dəfə ölçməliyik. Yəni atacağımız addımın bizə nə qazandıracağına baxmalıyıq. Əvvəla, bu məsələdə şəffaflıq və açıqlıq olmalıdır. Heç kimə sirr deyil ki, Rusiya postsovet məkanında hegemon mövqelərə malikdir və bu mövqeləri qorumağa və möhkəmləndirməyə can atır. Bu gün Rusiya üçün Azərbaycan strateji əhəmiyyətə malik olan dövlətlərdən biridir. Azərbaycanın Rusiya qurumlarına cəlb edilməsi bu ölkə üçün böyük uduş ola bilər. KTMT-yə daxil olan Azərbaycan bu təşkilatın gücünü artıracaq. Eləcə də digər təşkilatlara yanaşmada bu, belədir. Yəni Azərbaycan nə Gürcüstandır, nə də Ermənistan. Ölkəmiz dünyada öz hərbi və iqtisadi potensialı ilə seçilir. Rusiya da bu sarıdan həm geopolitik mövqeyinə, həm də dünya siyasətində qazandığı nüfuza görə Azərbaycanla hesablaşır. Lakin burada qazandığımıza və itirdiyimizə baxmalıyıq".

Politoloq bildirib ki, Azərbaycan bu təşkilata üzvlük müqabilində mütləq 7 rayonun qaytarılması məsələsini gündəliyə gətirməlidir: “Artıq 5 rayon məsələsi öz aktuallığını itirib. Bu rayonların mərhələ-mərhələ geri qaytarılması dünya ictimaiyyətində yanlış təsəvvürlər yarada bilər. Bu baxımdan söhbət siyasi alış-verişdən gedirsə, Azərbaycanın istəkləri açıq şəkildə bildirilməlidir. Birinci mərhələdə qeyri-şərtsiz Azərbaycanın 7 rayonu geri qaytarılmalıdır. Çünki bu rayonlar Dağlıq Qarabağın hüdudlarında zor gücü ilə işğal edilmiş torpaqlarımızdır. Bu ərazilərdə etnik təmizləmə baş verib və Azərbaycana ən azı 350 milyard dollar dəyərində ziyan dəyib. Azərbaycan bunların hamısını masanın üstünə yatırmalıdır. Bütün bunları təsdiq edən BMT Təhlükəsizlik Şurasının 4 sənədi də var. Bunların hamısı Ermənistanın cinayətkar, işğalçı dövlət olduğunu ortaya qoyur. Bizə deyilməməlidir ki, KTMT-yə daxil olun, sonra filan şeyləri həll edərik. Xeyr, əvvəl 7 rayon məsələsi həll edilir, sonra biz üzv oluruq. Dağlıq Qarabağın statusu məsələsi də sonrakı mərhələdə müzakirə olunmalıdır. Azərbaycan bir şeyi də diqqət mərkəzində saxlayır ki, münaqişə tam çözülənə qədər istər sülhməramlı qüvvələr adı altında, istərsə də KTMT-nin üzvü kimi bölgəyə rus əsgəri gətirilməyəcək. Çünki Azərbaycan bölgədə müstəqil respublikadır. Rusiya ilə strateji müttəfiqliyimiz olsa da, münaqişənin bütün nəticələri aradan qaldırılmadan rus əsgərinin ayağı Azərbaycan torpaqlarına dəyməməlidir. İrəli sürdüyümüz şərtləri müstəqil dövlətin öz suverenliyini qorumaq üçün irəli sürdüyü şərt kimi qəbul etməlidirlər. Lazım gələrsə, hətta bu məsələ ilə bağlı referendum məsələsi də gündəmə gətirilə bilər”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra həm NATO ilə əməkdaşlıqdan, həm də balanslaşdırılmış xarici siyasətdən imtina etmək məcburiyyətində qalacaq: “Bunu bizdən Moskva tələb edəcək, haqlı da olacaq, bir hərbi blokun üzvü ona qarşı olan hərbi blokla əməkdaşlıq etməməli və balanslaşdırılmış xarici siyasət yürütməməlidir.

Ermənistanın yeni hakimiyyətinin siyasəti Rusiyada narahatlıq yaradır. Ancaq bu bizə eyforiyaya qapılmaq və “Rusiya-Ermənistan münasibətləri pozulur, bundan öz məqsədlərimiz üçün istifadə edək” kimi tələsik qərarlar qəbul etmək üçün əsas vermir. Rusiya sabah asanlıqla Ermənistanda narazı qaldığı baş nazir Nikol Paşinyanı öz tərəfdarı ilə əvəz edə bilər. Moskva bunu əvvəllər də Ermənistanda edib, indi də bunu etmək üçün bu ölkədə kifayət qədər resursu var".

Xəbər 1674 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +