Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


06.08.2022  22:27 

“300 dollarlıq“ köynək...





A+  A-

Yaxşı yadımdadı, qabaqlar indiki (guya başqasını düz-əməlli gördük ki) siyasi hakimiyyətin çox sərsəm və bir az da tərbiyəsiz bir təbliğatı var idi ki, necə olur axı MÜXALİFƏT FUNKSİONERLƏRİ son model geyimlər geyinə bilir, bahalı aksesuarlarla hava atır, ay nə bilim, gündə bir bahalı restoranda "rumka" qaldırır, qaymaq model maşınlar sürür, övladları pullu məktəblərdə, xarici universitetlərdə oxuyur və s.

Sanki bununla boyunlarına alırdılar ki, axı biz faşistcəsinə, bəşəri prinsiplərə qan udduraraq, vandallıq edərək bunların varını-yoxunu əlindən almışıq, pul gələn mənbələrini məhv eləmişik, maliyyə kanallarını darmadağın etmişik, işıq gələn köşədə işıqlarını kəsmişik, it hürən tərəfdə itlərini zincirləmişik, bir tikə çörəyə möhtac qoymuşuq, qohum-əqrəbaları ilə, dost-tanışları ilə münasibətlərini ən iyrənc miqyasda pozmuşuq. Bir sözlə dəyyusluğun son həddi...

Özü də bütün bu vəhşilikləri edərkən düşünmürdülər ki, bu müxaliflər hamısı ailə-uşaq sahibidi, onlar da Azərbaycan vətəndaşlarıdı, onların da normal, ləyaqətli yaşamaq haqqı var. Nolar müxaliflik edəndə..

Hər gün, daha çox iqtidara nökərlik edən AzTV, LiderTV-də bəzi quleybanilər çıxıb palaz-palaz reportajlar həsr edirdilər bu tip mövzulara. Sual edirdilər: necə olur e bu axı? Bu müxaliflər necə ac qalıb gəbərməyiblər hələ də, nə yeyib-içib ayaqda qala bilirlər, niyə yox olmurlar, biryolluq məhv olmayıblar?!

Bir daha təkrar edirəm, mövzunun dedikcə avara bir mövzu olması, adamı dəndənədən çıxaran axmaqlığı orda idi ki, özləri rəsmən etiraf edirdilər ki, Azərbaycanda MÜXALİFLƏRƏ qarşı dəhşətli diskriminasiya var, az qala Osvensim müsibəti var bu adamlara münasibətdə və onlar mütləq acından qan qusmalıymışlar, divar kağızı yeməliymişlər, nimdaşdan çıxmamalıymışlar, dəlmədeşik ciblərində siçan oynamalıymış, adam arasına çıxacaq üzləri olmamamlıymış..

Sonra elə bil kimsə bunlara başa saldı ki, a kişi, siz nağayrırsız?! Bu nə sərsəm mübarizə formasıdır, bu KİŞİlikdən deyil axı! Bir yandan hər çıxdığınız tribunadan azad cəmiyyətdən, demokratiyadan, plüralizmdən, əqidə, siyasi azadlıqlardan, sərbəst bazar münasibətlərindən dəm vurursuz, bu yandan da camaatın pul gələn yerlərini təftiş edirsiz?! Özü də Respublikanın bütün maliyyə resurslarina çökərək edirsiniz bunları. Hər hansı ağıl sayəsində əldə etmədiyiniz, hazıra-nazir üzərinə qonduğunuz dövlər varidatı hesabına səltənət qurub adamların qəpik-quruşunu təftiş edirsiniz. Əslində, elə bilməyin vəziyyət dəyişib, xeyir, indi də bu xətt var, sadəcə, indi də bu proses fərqli dərinliklərdə edilir. Bu dəfə day bığıburma kişilər bu mövzunu TV`lərdə dilə gətirmirlər, altdan-altdan qurddaladırlar..

P.S. Heç bilmirəm bu mövzu hardan düşdü yadıma. Hə, haradasa oxudum ki, bəs ölkənin varidatını sağa-sola dağıdan ən ali oliqarxdan ən sadəsinə qədər bir nəfəri məhşər ayağına çəkməyə cəsarəti olmayan hansısa media quruluşu, o gün müxaliflərdən kiminsə əynindəki köynəyə 300 dollar (əslində 22 manatlıq imiş!) biçərək, YEKƏ-YEKƏ soruşurmuş ki, ə bu adam bu köynəyi hansı pulla alıb?! Heşzad! Bax, belə tərbiyəsizlik nümunəsi.

Bax, mənim milyonum var, sənə nə?!

Mirzə Rəşad Bakuvi


Xəbər 3487 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +