Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


16.03.2022  10:46 

Keçmişi malalamaqla olmur, möhtərəm akademiklər...





A+  A-



AMEA-nın iclası olub. İclasda akademiya prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva və digər vitse-prezidentlər və bir neçə vəzifəsi olan akademiklər iştirak ediblər.

Deyilib ki, 27 mart - "Elm günü"dür. Həşimov deyib: "...yeni reallıqlara uyğun olaraq Azərbaycan elmi, onun əsas aparıcı mərkəzi olan AMEA öz inkişafını davam etdirməkdədir".

Mart-aprel aylarında icrası məqsədəuyğun sayılan möhtəşəm Tədbirlər planı təsdiq edilib. Planda nələr nəzərdə tutulmayıb, İlahi?! Buyuraq, baxaq:

1) elmi fəaliyyətin cəmiyyətdə nüfuzu gücləndiriləcək;

2) elm populyarlaşdırılacaq;

3) alimlərin əməyi qiymətləndiriləcək;

4) alimlər yeni elmi nailiyyət və uğurlara təşviq ediləcək.

Doğrudanmı, plagiat və saxta əsərlərə deyil, məhz alimlərin həqiqi əməyinə qiymət veriləcək?

Şahidlik edirsiniuzmi, İsa müəllim?

"Abbasova "yaxşılıq" edirəm" deyib ictimaiyyəti daha aldatmayacaqsınızmı? (Nəfəs almağımıza görə yalnız Allaha minnətdarıq! Bu adamlar hələ də "yaxşılıq" və "vəzifə" anlayışlarını diferensiasiya edə bilmirlər!) Dövlətin ayırdığı milyonları və yüz minlərlə qrantları, doğrudanmı, elmin stimullaşdırılmasına sərf edəcəksiniz?

Dövlət vəsaitini puç edib elmi viran qoyanları töhmətləndirəcəksiniz, yoxsa mükafatlandırmaqda davam edəcəksiniz?

Həqiq iş görmək potensialı olan alimi təqib və təhdid edərək maddi dalana dirəyib təzyiq göstərəcək, onu ruhdan salmaq, mənən sındırmağa çalışmaq, ondan elmi tədqiqata sizin kimi yanaşmaq tələbini irəli sürəcəksiniz, yoxsa...?

Keçmişə biganə qalmaqla gələcəyi qurmaq mümkün deyildir, ey akademiklər! "Yağış yağdı, çatlaqlar örtüldü" prinsipi ilə bir qarış da irəliləmək olmaz, əksinə, o halda geriyə sürüklənmək qaçılmazdır.

Deməyim odur ki, heç olmasa, ən yaxın keçmişin vurduğu zərər və ziyanları unutmayın! Unutmayın, dövlətin, akademiyanın, Elm Fondunun ayırdığı milyonlarla qrantların mübhəm taleyini! Unutmayın, konkret olaraq Prezidentin dilçiliyin inkişafı üçün ayırdığı 2 milyonun acı taleyini! Unutmayın, qalaq-qalaq saxta əsərlərlə yerli auditoriyanı aldatmaq səylərini və həmin əsərlərin çapına ayrılan bəxtsiz dövlət vəsaitlərini! Yoxsa elmi, ənənəvi gerilik çıxılmazlığına salmış, düzlüyün, səmimiyyətin və vicdanın üstündən xətt çəkmiş, bir millətin gələcəyini sual altında qoymuş, büdcəgirliyi və cibgirliyi dolayısilə "elmi uğur", "məqsədyönlü siyasətin məntiqi nəticəsi" kimi sırımağa çalışmış, elmi saxtakarlığı stimullaşdırmış və bütün bu rəzaləti sürət relsləri üzərinə qoymuş div gövdəli problemlərin üstündən sükutla tərif və mədhiyyəyə keçid almağınız mürtəce ənənənin davamından başqa bir şey ola bilməz!

Qorxmayın, sizin tərəfinizdən olmuşsa da, yaxud olsa da belə, elmə, Vətənə, millətə edilən pislikləri pisləyin ki, xilas olaq! Edin, lütfən, çəkinmədən edin, dövlət naminə, millət naminə, gələcəyimiz naminə, insanlıq naminə edin! Böyük idealları kiçik maraqlarınıza qurban etməyin!

İdris Abbasov

Xəbər 3323 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +