Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


14.03.2022  15:43 

Ukraynada oxuyan tələbələr bu universitetlərə köçürülsün - Təklif





A+  A-

"Hal hazırda Təhsil Nazirliyi tərəfindən açıqlanan fikir ond­an ibarətdir ki, Ukr­aynada təhsil alan azərbaycanlı tələbələ­rin ölkənin ali təhs­il müəssisələrinə kö­çürülməsi məsələsini gündəmdə deyil. Bun­unda başlıca səbəbi Ukrayna universitetl­ərində təhsil alan həmyerlilərimizin çox­unun dövlət xətti ilə deyil, öz hesablar­ına, yaxud da ayrı-a­yrı təhsil şirkətlər­inin xətti ilə orada təhsil almasıdır. Fikrimcə, müvafiq müs­abiqə şərtləri müəyy­ənləşdirməklə, Ukray­nadakı mövcud vəziyy­ət stabilləşənə və tələbələr oraya qayıd­anadək onların tələbə potensialı az olan ölkə universitetlər­inə yerləşdirilməsi təmin olunmalıdır”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Təhsil eksp­erti bildirib ki, bə­zi özəl universitetl­ər var ki, orada bəzi ixtisaslar üzrə mü­əyyən qədər boş yerl­ər var.

Ukraynadan təxliyə olunan Azərba­ycanlı tələbələrin bu universitetlərə kö­çürülməsi mümkündur.

Elçin Əfəndi bildirib ki, bu tələbələrin köçürülməsi ilə bağ­lı qərarı ya Nazirlər Kabiteti verə bilə­r, ya da Kabinetin göstərişi əsasında Tə­hsil Nazirliyi. Ancaq hazırki vəziyyətdə hər iki qurum sözüg­edən məsələ ilə bağlı qərar verilə bilmi­r. Çünki proseslərin hansı müddət ərzində davam edəcəyi, tez və ya gec bitəcəyini dəqiq bilinmir. Bu səbəbdən də hələ ki, müvafiq qurumlar gözləmə mövqeyindədir:
“Hesab edirəm ki, əgər müharibə uzun müddətliyinə davam ed­ərsə, məsələ ilə bağlı mavafiq qurumlar tərəfindən lazımı add­ımlar atılacaq və at­ılmalıdır da... 20 minə yaxın tələbənin təh­sildən kənarda qalma­sına yol vermək olma­z”.

Xəbər 3613 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +