Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


17.06.2020  15:32 

KİVDF-nin vəzifəli şəxslərinə cinayət işi açıldı





A+  A-

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən yol verilən qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, Kütləvi İnformasiya Vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, daxil olmuş materiala əsasən, Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.

Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda bildiririk ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən istintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Baş Prokurorluq bu qəbildən qanunazidd hallarla üzləşən jurnalistlərə, eləcə də vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Qeyd edək ki, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli olub. O, 2009-2020-ci illər ərzində bu vəzifəni icra edib.

Xəbər 3495 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +