Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


06.06.2017  14:27 

“Onunla İranda bir yerdə olmuşuq, mənə şər ata bilməz”





A+  A-

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahidlər dindirilib.

İclasda "Sahil MTK-nın sahibi Kamil Alıyev ifadə verərək deyib ki, podratçı şirkət tərəfindən M.Əhmədova daşların alınması və bir blokun üzlənməsinə görə 27 min manat ödənilib.

Prosesdə M.Əhmədovla zərərçəkən Yusif Əzizov arasında gərginlik yaşanıb. M.Əhmədov "mənim azadlığımı əlimdən ala bilərsiz, amma dinimi, imanımı ala bilməzsiniz. Yusif Əzizovla İranda bir yerdə olmuşuq. Daşların qiymətini dəqiq bilir. İndi burada mənə şər ata bilməz" deyib.

"Sahil MTK"nın iş icraçısı Musa Qaybullayev deyib ki, malların alınması və görülən işlə bağlı "Sahil İnşaat Group" MMC arasında müaqavilə imzalanıb.

Ədliyyə Nazirliyinin Əmtəəşünaslıq üzrə eksperti Kamran Dünyamalıyev ifadə verərək deyib ki, onlara qiymətin müəyyən olunması üçün qara daş təqdim edilib: "Sonuncu baxışda göstərilən daşlar ekspertizaya təyin edilməyib. Qiymət orta bazar qiymətinə uyğun müəyyən edilib".

Zərərçəkmiş Y.Əzizovun nümayəndəsi Neman Kərimov Maşallah Əhmədova sual verərkən tanınmış futbolçu ona barmaq silkələyib. N.Kərimov isə onu "moşennik" adlandırıb.

M.Əhmədovun vəkili Əli Hüseynov bildirib ki, müvəkkilinin barəsindəki qanuni qüvvəyə minməmiş nümayəndə onu dələduz aldırdığı üçün üzr istəməlidir. N.Kərimov üzr istəməyəcəyini bildirib. Hakim Faiq Qasımov N.Kərimova protokolla xəbərdarlıq edib.

Daha sonra N.Kərimov vəsatətlə çıxış edərək "Sahil İnşaat Group" MMC ilə Maşallah Əhmədov arasında müqavilə və pulun ödənilməsinə dair sənədlər məhkəməyə təqdim edilməsini istəyib.

Vəkil Ə.Hüseynov vəsatətdə qeyd olunan halların bu cinayət işinə aidiyyatı olmadığını bildirərək təmin edilməməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Sonra hakimlər öz təşəbbüsləri ilə daşların qiymətlərinin müəyyən edilməsi ilə bağlı Əmtəəşünaslıq ekspertizasının təyin edilməsi ilə qərar çıxarıblar.

Buna görə də proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 3136 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +