Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


29.01.2025  17:44 

Ülvi Quliyev Rafael Ağayevin dediklərinə cavab VERDİ





A+  A-

Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti, millət vəkili Ülvi Quliyev rəhbərlik etdiyi qurumun illik hesabatından əvvəl jurnalistlərə danışıb.

XəzəraNews.az Prosport.az-a istinadən xəbər verir ki, 58 yaşlı federasiya prezidenti karateçilərimiz Rafael Ağayev, Fəridə Əliyevanın narazılıqlarına cavab verib:

“Bu barədə federasiya adından mövqe bildirilmişdi. Ancaq qısa olaraq bir neçə məqama toxunmaq istəyirəm. Media nümayəndələrindən xahişim odur ki, başlıqlarla intriqa yaratmasınlar. Hər kəs bilməlidir ki, idmanın bütün növü dövlət diqqət və qayğısı ilə əhatə olunub. Bu dəstək olmadan idmanın inkişafı mümkünsüzdür. Bunun üçün dövlət idmançıları mənzil, avtomobillə təmin edib, onlara ordenlər verilib. Həmçinin, dünya və Avropa çempionatlarında yer tutan idmançılarımız federasiya tərəfindən çox böyük məbləğdə mükafatla təmin edilib. Rafael Ağayev tək Azərbaycanda yox, dünya idmanı tarixində xüsusi imzası olan karateçimizdir. Biz onu yüksək dəyərləndiririk. Çünki onun nəticəsi, demək olar ki, dünyada nadirdir. Fəxrimizdir. Baxmayaraq ki, hazırda karate ilə məşğul olmur, biz onu keçmişdə olduğu kimi, gələcəkdə də dəyərləndirəcəyik.

Bir məqamı da qeyd edim. AKF və digər federasiyalar ictimai birlikdir. Hər ictimai birliyin büdcəsi dövlətin idman siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyinin maddi dəstəyindən və sponsordan formalaşır. Əvvəllər olsa da, hazırda AKF-in sponsoru yoxdur. Çalışırıq ki, bütün karateçilərə maddi və mənəvi dəstək verək. Karate bir ailədir. Bu dəstək olmayanda ailədən küsmək olmaz. Federasiyanın imkanları limitsiz deyil. Bəlli büdcəmiz var. Ona görə də bu məsələlər anlayışla qəbul olunmalıdır”.

Ü.Quliyev may ayında Ermənistanın paytaxtı İrəvanda idman karatesi (WKF) üzrə keçiriləcək Avropa çempionatında iştirakla bağlı məsələyə də aydınlıq gətirib:

“Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır. Bunun üçün dövlət səviyyəsində qərar olmalıdır ki, biz orada təmsil olunaq. Bilirsiniz ki, sonuncu dəfə ağırlıqqaldırma üzrə Avropa çempionatında bayrağımıza qarşı hörmətsizlik edilmişdi. Ona görə də Ermənistanda iştirak edib-etməmək böyük sual altındadır. Amma ötən ilin sonunda 2025-ci il üçün yarış cədvəli nazirliyə təqdim olunub. Nazirliklə birgə məsləhət nəticəsində çalışacağıq ki, önəmli yarışlarda iştirak edək. Maddiyyatla bağlı şikayətlər hər zaman olub. İrina Zaretskaya da Azərbaycanı təmsil edir, hər zaman ona dəstək olmağa çalışmışıq. Ona dəstək də olacağıq”.

Qeyd edək ki, Rafael Ağayev bir müddət əvvəl verdiyi müsahibədə Azərbaycan Karate Federasiyasında vitse-prezident olsa da, iclaslara dəvət almadığını, vəzifəsinin formal əhəmiyyət daşıdığını bildirərək şikayətlənmişdi. Tanınmış idmanşı bu cür münasibətə görə vəzifəsindən istefa verəcəyini də bildirmişdi.

Xəbər 6270 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +