Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


14.03.2024  18:54 

Ermənistanda dövlət çevirilişi təhlükəsi: İrəvanda nə baş verir?





A+  A-

Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan maraqlı bəyanatla çıxış edib. Beləki o, təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırıb.

“Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən ölkəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram”, - deyə arxiyepiskop bəyan edib.

Bəs görəsən erməni din xadiminin bu çıxışı nədən xəbər verir? Ermənistanda onun qeyd etdiyi kimi, çevriliş cəhdi baş tuta bilərmi?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi şərhçi Mətin Məmmədli bildirib ki, bu Ermənistanda hökumətlə kilsə arasında meydana gələn ilk belə ziddiyət deyil.

“Əvvəla onu qeyd edim ki, Ermənistan hökuməti ilə erməni kilsəsi arasındakı ziddiyətlər yeni deyil. Bundan öncə də erməni katolikosu və digər erməni din xadimləri Paşinyana qarşı etirazlarını açıq şəkildə dilə gətiriblər. Bir faktı nəzərə almaq lazımdır ki, istər tarixən, istərsə də müasir dövrdə Ermənistanın militarist və təcavüzkar siyasət həyata keçirməsində erməni kilsəsi çox böyük rol oynayıb. Bu gün də həmin rolu özündə görən kilsəni Paşinyanın son zamanlar səsləndirdiyi bəyanatlar və siyasət qane etmir. Ona görə də, onlar davamlı olaraq Paşinyana qarşı açıq mövqe nümayiş etdirirlər”.

Mətin Məmmədli yaxın perspektivdə müxalif qüvvələrin Ermənistanda hər hansı çevrilişə cəhd etmək gücündə olmadığını qeyd edib.

“Ermənistanda elə bir vəziyyət yaranıb ki, bu ölkədə hər şey baş verə bilər. Çünki aydın məsələdir ki, Paşinyana qarşı əlində çox ciddi maddi və siyasi resursları olan, orduda və digər güc strukturlarında xeyli əlaltılara malik qüvvəllər var. Onların vasitəsi ilə Paşinyana qarşı müxtəlif təzyiqlər, hətta dövlət çevirilişinə cəhdlər ola bilər. Xatırlayaq ki, son 3 ildə Paşinyanı devirmək üçün həm etiraz aksiyaları, həm də ordu tərəfindən Ermənistanın daxilində dəfələrlə belə cəhdlər oldu. Bu cəhdlər davam edə bilər, ancaq nə dərəcədə uğurlu olacağı sual altındadır. Görünən odur ki, Paşinyanın İkinci Qarabağ müharibəsindən sonra nüfuzu aşağı düşsə də, hər halda onun alternativlərinin, xüsusən revanşist qüvvələrin erməni cəmiyyətində o qədər də nüfuzu yoxdur. Bu baxımdan onların öz məqsədlərinə nail olacağını yaxın perspektivdə gözləmirəm”.

Xəbər 2908 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +