Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


21.07.2023  12:41 

Medianın inkişafı: Yol xəritəsi hazırlanmalıdır





A+  A-

Yaxşı sənət, gözəl musiqi, bəşəriyyətə xidmət edən elm sərhəd tanımır. Əslində bu hər bir xalqın mənəvi sərvətinə çevrilir. Biz bir çox hallarda yaxşıların qədrini zamanında bilmirik. Əlqərəz əsas mətləbə keçib media ilə bağlı fikirlərimi qısaca dilə gətirmək istərdim. Azərbaycan teleməkanında və ümumilikdə media sahəsində ciddi problemlər hələ də qalmaqdadır.

Medianın inkişafı cəmiyyətdə gedən proseslərin, dünyada baş verən qlobal hadisələrin və digər çox saylı faktorların təsiri nəticəsində mümkün olur. Ən əsası cəmiyyətdə baş verən inkişaf və yaxud durğunluq jurnalistikadan yan keçmir.

Ümumiyyətlə, media ilə bağlı ciddi problemləri yenidən təkrarlamaq, Milli Mətbuat günü ərəfəsində Azərbaycanın jurnalistika tarixinə təkrar nəzər salıb oxucunu yormaq istəmirəm. Çünki bu barədə kifayət qədər danışılıb. Mənim qənaətimcə, bu sahənin xilası naminə inkişaf strategiyası və yaxud yol xəritəsi işlənib hazırlanmalıdır. Bir çox faktorlarla bərabər azad medianın gücü, qan damarı şəfaf və geniş həcmli halal maliyyədən başlayır. Bunun üçün iqtisadi faktora daha çox önəm verməliyik.

Deməli, reklam verən şirkətlərin mütəmadi olaraq reytinq göstəricisini göstərilməklə bərabər onlara maksimum güzəştlərin tətbiqi zəruridir.

Etiraf etmək lazımdır ki, təhsildə baş verən problemlər cəmiyyətdə savadsızlığa rəvac verir. O baxımdan medianın savadlanması məsələsi üzərində düşünmək lazımdır. Çünki zaman- zaman çox intellektli insanlar jurnalistikanı incidilərək və yaxud başqa səbəblərdən tərk ediblər. Əvəzində isə təsadüfi şəxslər mediaya gəlib. Bu daha çox telekanallarda acınacaqlı şəkildə hiss olunur.

Həmçinin sosial şəbəkələrin əhatə dairəsinin sürətlə genişlənməsi və iştirakçı sayının artması bir çox hallarda jurnalistikaya marağı azaldır. Sosial şəbəkə iştirakçıları bəzən özlərinin həmin məkandakı azad fəaliyyətini jurnalist fəaliyyəti kimi təqdim edirlər. Bu nə dərəcədə yanlışdır, dogrudur və yaxud qorxuludur onu demək çətindir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin fəaliyyətini diqqətdə saxlamaq lazımdır. Bu qurumun fəaliyyətində ciddi qüsurlar görünür. Bu başqa bir yazının mövzusudur. Ona mütləq dönəcəyik. Əlqərəz Medianın İnkişafı Agentliyi KİVDF-nin etdiyi səhvləri təkar etməməlidir.

Nəhayət fədakar, öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman qürurunu qırmayan jurnalistikanın qorunub saxanması dövlətimizin, medianın, ümumilikdə cəmiyyətin strateji maraqlarına xidmət edir.

Bayramınız mübarək olsun, medianın fədailəri!!!

Əkrəm Bəydəmirli

Xəbər 2617 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +