Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


20.12.2021  22:08 

“İnsanlarımız AZAL-ın inhisarında olan qiymət “soyqırımından“ canlarını qurtarmaq üçün...” – Ehtiram İlham





A+  A-

“Cəmiyyəti narahat edən bütün məsələlərin müzakirəsinə siyasi partiyalar da cəlb olunmalıdır. Turizmlə bağlı problemlər xeyli müddətdir, həm ictimaiyyət arasında, həm də mediada haqlı olaraq çox dartışılır. Cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən gündəmə gətirilən problemlər isə hər dəfə qulaqardına vurulur”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini Ehtiram İlham deyib.

Onun fikrincə, bu, ölkədə turizmin inkişafına və deməli, nəticə etibarilə ölkə iqtisadiyyatına böyük zərbələr vurur.

“Qiymətlərin çox baha, necə deyərlər, "ceyran belində" olması, turizmin qarşısında duran ən başlıca maneədir. Bu əngəllərin ən böyüyü isə AZAL-ın qiymət siyasətidir ki, onillərdir, onun xidmətindən istifadə etmək məcburiyyətində qalan hər kəsi, həm bizim vətəndaşları, həm də ölkəmizə təşrif buyuran xarici turistləri təngə gətirib. Belə olan təqdirdə ölkədə turizmin hansı inkişafından söhbət gedə bilər. Təsadüfi deyil ki, başqa ölkələrə getmək istəyən insanlarımız AZAL-ın inhisarında olan qiymət “soyqırımından" canlarını qurtarmaq üçün qonşu Gürcüstanın Tbilisi və hətta əyalət şəhəri olan Kutaisidən ən ucuz qiymətə uçmağa üstünlük verirlər. Bu, çox acınacaqlı və utancverici olsa da, AZAL rəhbərinin umurunda deyil. Ölkəmizdə turizm sektorunun problemləri tək bu dövlət qurumunun fəaliyyətinin nəticəsi ilə bitmir. Neçə illərdir, Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyət göstərsə də, bu gün popular turizm obyektləri işə qəbul vaxtı çox baha qiymətə, məsələn, Türkiyədən mütəxəssis dəvət edib, onlara üstünlük verir. Bizim işləmək istəyən gənc mütəxəssislərə isə sözləri bu olur ki, zəngin iş təcrübəsinə malik deyillər. Yeni məzun olmuş gənc azərbaycanlıya harda iş veriblər ki, iş təcrübəsinə də malik olsun?!”

Ehtiram İlham bildirib ki, daxili turizm sektoru da bərbad vəziyyətdədir:

“Sanki bir-birinə zəncirvari şəkildə bağlı olan qiymət mexanizmi ölkə daxilindəki otel və digər turizm məkanlarını da öz ağuşuna alıb. Qəbələdə, Şəkidə və başqa bölgələrdəki turizm müəssisələrinə bir dəfə üz tutan bir daha yaxın gəlmək istəmir. Çünki orda xərclənən pul, qonşu Gürcüstanda və ya Türkiyədə daha lüks və rahat yerlərdə istirahətə gedən paradan daha baha başa gəlir. Təsəvvür edin ki, qarşıdan gələn Yeni ili Qəbələnin bir otelində qarşılamaq istəyən 2 nəfərlik ailə, 1 gecə üçün 1266 manat ödəməlidir. Rəzalət deyilmi?

Cəmiyyətin kəskin etirazına səbəb olan bu cür neqativ hallar son vaxtlar parlamentdə də dilə gətirilməyə başlanıb. Amma çox yaxşı olardı ki, ictimaiyyət təmsilçiləri olaraq siyasi partiyaların təmsilçiləri də turizm haqqında qanunun müzakirəsinə dəvət edilsin. Bu, cəmiyyətin haqlı narazılığının parlament tribunasından səslənməsinə, hamını narahat edən etirazların dilə gətirilib, faydalı təkliflərin qanunda öz əksini tapmasına gətirib çıxarardı. Cəmiyyətin geniş spektrinin rəyinin nəzərə alınmadığı müzakirələr isə mahiyyət etibarilə nəticəsiz qala bilər”.

Xəbər 3426 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +