Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


14.10.2025  13:01 

Britaniya bu prosesdə geri qalmaq istəmir - Siyasi şərhçi





A+  A-

"Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı silah embarqosunu tamamilə ləğv edib. Bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautin bildirib. Stiven Dauti avqust ayında Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşmüşdü".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Elxan Şahinoğlu çıxış edib.

E.Şahinoğlu bildirib ki, Böyük Britanıya Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı Ermənistanla da yaxşı münasibətləri var:

"Ona görə də London Azərbaycanla yanaşı Ermənistana qarşı da silah embarqosunu ləğv etməyə qərar verib. Qərb ölkələrinin uzun illər Azərbaycan və Ermənistana silah satışı qadağası olub. Qərb ölkələri, o cümlədən London ümid edirdi ki, danışıqlar nəticəsində Azərbaycanla Ermənistan arasında sülh əldə ediləcək. Ancaq Azərbaycan münaqişənin həlliylə məşğul olan Minsk Qrupunun fəaliyyətindən narazı idi. Azərbaycanın sülh üçün əsas şərti olan ərazi bütövlüyü təmin edilmirdi. Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq istəmirdi. Bu səbəbdən Azərbaycan öz ordusunu gücləndirdi və tərəfdaş dövlətlərdən aldığı silah və hərbi texnika vasitəsilə 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi. Bundan sonra Azərbaycana qarşı silah embarqosunun tətbiqinin mənası yox idi. Ermənistan Fransa, Rusiya və Hindistandan, Azərbaycan isə Türkiyə və İsraildən silah və hərbi texnika alırdı".

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan və Ermənistan müharibədən sonra da hərbi texnika alışına milyardlarla dollar pul xərcləyirlər:

"Bu səbəbdən Avropa ölkələrinin hərbi texnika istehsal edən müəssisələrinə qazanc əldə etmək məqsədilə Azərbaycana və Ermənistana silah satmaq icazəsi verildi. Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir.

Böyük Britaniyanın Azərbaycana və Ermənistan hərbi texnika satışının başqa səbəbi də var. Böyük Britaniya Azərbaycanın və Ermənistanın Rusiyadan hərbi texnika almasını istəmir. Çünki, bu halda Azərbaycanın və Ermənistanın Rusiyadan asılılığı arta bilər. Digət tərəfdən Qərb ölkələrinin, o cümlədən Böyük Britaniyanın hərbi texnikası Azərbaycana və Ermənistana Rusiyanın mümkün təhdidindən qorunmağa imkan verəcək. Ukraynanın Rusiyanın ona qarşı işğalçı müharibəyə başlamadan əvvəl müxtəlif çeşidli Qərb istehsalı olan hərbi texnikası və raket sistemləri olsaydı, Kreml qonşu ölkəyə qarşı müharibəyə başlamaqda risk etməzdi".

Xəbər 3460 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +