Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


28.02.2025  12:15 

“Birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi” - Vəliyev





A+  A-

“Siyasi partiyaların fəallığı və ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində iqtidar ilə müxalifət arasında işlək təmasların qurulması üçün artıq hər-hansı bir xarici təşkilata və ya vasitəçiyə ehtiyac duyulmur”.

Bunu Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.

Administrasiya rəsmisi deyib ki, qeyd olunan amil siyasi dialoqun ən böyük uğurlarından biridir və bu amil müstəqil siyasətin aparılması üçün tutarlı zəmindir:

“Yeni münasibətlər sisteminin ideoloji bünövrəsini cəmiyyət və dövlətin inkişafı naminə etibarlı münasibətlər təşkil edir. Bu mənada siyasi dialoq əvəzolunmaz mahiyyətə malikdir. Prezidentin müvafiq Sərəncamı ilə 2025-ci il “Konstitusiya və suverenlik ili” elan edilib. Cari ilin bu cür adlandırılması bir daha ideoloji müstəvidə təbliğat işlərinin aparılmasını zəruri edir. Əlbəttə ki, dövlətçilik, suverenlik və millilik kimi ideoloji amillərin cəmiyyətdə doğru səpgidə aşılanması məsələlərində siyasi partiyalar fəal iştirak etməlidirlər. Əslində, bu cür məsələlər bizim birgə əməkdaşlıq əlaqələrimizin əsas istiqamətlərindən biri olmalıdır”.

Şöbə müdiri deyib ki, ötən 5 ildə siyasi partiyalarla birlikdə adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin yol qət edilib:

“Etibarlı tərəfdaşlıq hamımızın böyük nailiyyətidir. Bu yolda çətinliklər olub, təxribatlar da yaşanıb, ancaq biz dövlət və cəmiyyətin inkişafı, habelə yaşanan həmrəylik mühitini qorumaq naminə bütün sınaqlardan keçdik. Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi”.

Şöbə müdiri qeyd edib ki, Prezident seçkilərində bütövlükdə Azərbaycan xalqı, o cümlədən siyasi partiyalar aktivlik nümayiş etdirib:

“Xüsusi olaraq vurğulamaq istərdim ki, qeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülüb. Həmçinin, seçkilərdə siyasi partiyaların irəli sürdüyü müşahidəçi və məşvərətçilərin sayında əhəmiyyətli artım olub, 2018-ci il prezident seçkilərində 62 siyasi partiyadan 14 siyasi partiya 36.315 müşahidəçi və məşvərətçi ilə iştirak etdiyi halda, ötən ilin seçkilərində dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 19 siyasi partiya 51.756 müşahidəçi və məşvərətçi ilə iştirak edib. Beləliklə, siyasi partiyalar nəinki ölkənin siyasi həyatında, hətta müxtəlif müstəvilərdə birincilik uğrunda rəqabətdə də fəal iştirak edirlər”.

PA rəsmisi bildirib ki, bu rəqabət partiyaların siyasi institut kimi inkişafında əvəzolunmaz əhəmiyyətə malikdir:

“Ölkədə formalaşmış yeni siyasi mədəniyyətin bariz nümunəsi olaraq ilk dəfə Prezident seçkilərindən sonra 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffaf keçirilməsi haqqında bəyanat verərək namizədi təbrik ediblər. Bu, olduqca önəmli məsələdir. Məhz bu cür təcrübələrin inkişafı sayəsində demokratik ənənələrin dərinləşməsi baş verir və həmrəylik mühitinin əsasları daha da güclənir”.

Xəbər 2867 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +