Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


31.05.2024  17:08 

“Google”da ən çox axtarışa verilən söz “Azərbaycan” olmuşdu





A+  A-

Xəzərnews.az xəbər verir ki, Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş”ın növbəti qonağı Cənubi Koreyanın Seul şəhər İcra Hakimiyyətinin “Gangnam Qlobal Mərkəzi”nin direktoru, Koreya Ədliyyə Nazirliyinin imiqrasiya, inteqrasiya üzrə konsultantı Nihat Xəlilzadə olub.

N.Xəlilzadə müsahibə zamanı Koreyaya təhsil üçün getdiyini və sonra ailə həyatı qurub orada yaşamağa başladığını qeyd edib:

“15 ildir Koreyada yaşayıram, 3 övladım var. Koreyaya gəlmə səbəbim, təqaüdlü dövlət təhsilini qazanmağım olub”.

Müsahibimizin sözlərinə görə, Koreyada yaşayan ilk azərbaycanlılardan olduğu üçün fürsətlərdən asanlıqla yararlana bilib:

“15 il əvvəl Azərbaycan deyəndə Koreyada bizi tanımırdılar. Çünki məsafə uzaq olduğu üçün Koreya və Azərbaycan arasında yaxın əlaqələr yox idi. Soydaşlarımızın sayı da az idi, bu səbəbdən şanslı çıxdım. Bu fürsətlər hələ də keçərlidir. Soydaşlarımız nə zaman Koreyaya üz tutsa, böyük məmnuniyyətlə yollarını gözləyirik”.

N.Xəlilzadə bildirib ki, Azərbaycanı Koreya cəmiyyətinə tanıtmaq üçün bir çox layihələrdə yaxından iştirak edib:

“8 il Koreya məktəblərində Azərbaycan dili və mədəniyyətini könüllü olaraq tədris etmişəm. Mənimlə bərabər digər soydaşlarımız da könüllü olaraq Azərbaycanı tanıtmaq üçün çalışıblar, hətta burada Azərbaycan restoranı da açmışıq”.

N.Xəlilzadə əlavə edib ki, Koreyada tez-tez verilişlərə dəvət alır:

“Bunun səbəbi isə koreyalıların Azərbaycanı tanımaq istəməsidir. 2016-cı ildə yeni-yeni televiziyada çıxış edirdik. Həmin ili Koreya üzrə “Google”da ən çox axtarışa verilən söz “Azərbaycan” olmuşdu. Bu çox qürurverici idi. Fəxrlə deyə bilərik ki, Azərbaycanın tanıdılmasında bizim də rolumuz olub”.

Müsahibimizin fikrincə, Koreyaya üz tutan soydaşlarımızın sayı artır və əksəriyyəti də təhsil üçün üz tutan gənclərdir:

“Yeni gələn soydaşlarımıza həmişə dəstək veririk. Onlar oxumaq üçün gəlsə belə, qalmağa, işləməyə görə dəstək oluruq. Lazım gələrsə biznes sahələrinə də yönəldirik. Azərbaycanlılarla adətən bayramlarda, tədbirlərdə bir araya gəlirik”.

N.Xəlilzadə qeyd edib ki, Seul İcra Hakimiyyəti, Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə işləyirlər:

“Miqrasiyada çalışdığım üçün azərbyacanlılar mənimlə əlaqə saxlayırlar. Maraqlısı budur ki, əvvəl təkcə Koreyada yaşayanlar əlaqə saxlayırdısa, indi başqa ölkələrdə yaşayan azərbaycanlılar da əlaqə saxlayır. Axtarış zamanı müraciət edilən ilk insan olmaq illərin əziyyətinin göstəricisidir. Həm iş, həm də miqrasiya ilə bağlı müraciətlər, suallar çox olur”.



Xəbər 8704 dəfə oxunub.





07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +