“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


15.12.2023  11:01 

DYP-yə rüşvət ittihamı... - Yerində ödəyib, nağd cərimə ödəmək yoxdur





A+  A-

Xəbər verdiyimiz kimi, türkiyəli bloger Alper Rende Azərbaycanla bağlı hazırladığı reportajda Bakı şəhər Dövlət Yol Polisi əməkdaşlarının ondan rüşvət aldığını iddia edib və bunu əks etdirən kadrları reportaja yerləşdirib.

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli Yeniavaz.com-un sorğusunu cavablandırıb.

O bildirib ki, Türkiyəli bloger Alper Rendenin icarə ilə idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilməklə cərimə məbləği ödənilib.

““Toyota” markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib. Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Yeniavaz.com-a bildirib ki, nağd formada cərimə ödəmək deyə bir şey yoxdur:

“Nağd formada heç kim cərimə ödəyə bilməz. Nağdsız formada, internet vasitəsilə, banka ödəyə bilər”.







Xəbər 1596 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +