Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


18.11.2022  14:28 

“Vardanyan Kremlin göndərdiyi emissardı“ - Politoloq





A+  A-

"Rusiya prezidenti V. Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Soçidə keçirilən görüşdə Kremlin mövqeyində dəyişikliklər rəsmi Bakını Vaşinqton gündəliyinə üstünlük verməsinə səbəb oldu. Hazırda Azərbaycan və Rusiya prezidentləri səviyyəsində dialoq minimum səviyyəyə enib. Rəsmi Bakı artıq Rusiyanın vasitəçiliyinə ehtiyac görmür".

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Məhəmməd Əsədullazadə verib.

M.Əsədullazdə bildirib ki, Putin "Valday" diskusiya kulubunda bitərəfli olaraq Ermənistanı dəstəkləyərək Qarabağda separtizminin əsas himayədarı olduğunu açıq biruzə verdi:

"Bununlada Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliy legitimliyinə kölgə salıb. Rusiyanın Qarabağa Vardanyanı göndərməsi proseslərdə böhranın dərinləşməsinə gətirib çıxarıb. Məhz prezident İlham Əliyev Qarabağdakı etnik ermənilərlə danışıqlarda açıq şəkildə Rusiyanın göndərdiyi adamla dialoq qurulmayacağını vurğuladı".



Politoloq vurğulayır ki, Ruben Vardanyan Qarabağda yaşayan erməni deyil, Kremlin göndərdiyi emissardi:

"Rusiya Vardanyanı göndərməklə Qarabağ onun nəzarətində olduğunu mesajını verir. Prezident İlham Əliyevdə ötən gün Rusiyanın göndərdiyi şəxslə danışılmayacağını mesajını verməklə Kremlin Qarabağ siyasətini qəbul etməyəcəyini açıq tezislə vurğuladı. Azərbaycan Rusiyanın göndərdiyi şəxslə danışıqlar aparmayacaq".

M.Əsədullazdə əlavə edib ki, Azərbaycan Qarabağda V Balasanyanla danışıqlar apara bilər:

"Qarabağda ermənilərlə müəyyən təmaslar məhz onun vasitəsilə baş tutub. V.Balasanyanın Azərbaycanla danışıqlar aparmaqda və konsensusa gəlməkdə təcrübəsi var. Azərbaycan tərəfi özü bildiyi və seçdiyi şəxslə dialoqda maraqlıdır. Hazırda Qarabağda təxribatların baş verməsi, erməni silahli birləşmələrinin mühəndis istehkam işləri aparması, yeni silahların danışması Kremlin birbaşa təlimati ilə həyata keçirilir".

İsmayıl Nifti
XəzərNews.az


Xəbər 924 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +