Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


13.10.2018  19:17 

Birdəfəlik ödəmə ilə bağlı müraciətlər araşdırılır - Nazirlikdən açıqlama





A+  A-

Oktyabrın 9-dan notariat kontorlarında şəhid hərbi qulluqçuların birdəfəlik ödəməyə hüququ yaranan vərəsələrinin sənədlərinin qəbuluna başlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib.

Vərəsələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytındakı (www.mlspp.gov.az) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsində hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil edib, hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığını öyrənirlər.

Birdəfəlik ödəməni almaq hüququ mövcud olduğu təqdirdə isə notariat kontoruna aidiyyəti üzrə sənədləri təqdim etməklə vərəsəlik şəhadətnaməsi alırlar. Şəhadətnamə verilənlər barədə məlumatlar nazirliyin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürülür və sistemdə birdəfəlik ödəmə veriləcək vərəsələrin elektron qeydiyyatı formalaşır.

F.Talıbov bununla yanaşı, sığorta ödənişini almadığını iddia edən vətəndaşların olduğunu bildirib:

“Bir sıra hallarda “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsində axtarış zamanı ayrı-ayrı şəhid hərbi qulluqçuların vərəsələrinin əvvəllər Dövlət Sığorta Kommesiya Şirkəti tərəfindən müvafiq şığorta ödənişi ilə təmin edildiyi barədə cavab çıxsa da, bununla razı olmayan vətəndaşlarımız da var. Sığorta ödənişini almadığını iddia edən vərəsələr tərəfindən nazirliyə rəsmi müraciətlər daxil olur.

Həmin vətəndaşların diqqətinə çatdırırıq ki, bütün bu müraciətlərə diqqət və həssaslıqla yanaşılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Sığorta Kommersiya Şirkəti ilə birgə belə müraciətlərin əsaslı olub-olmadığının araşdırılması işləri aparılır. Araşdırmaların nəticələri barədə müraciət edənlərə müvafiq məlumat veriləcək”.

Xəbər 1664 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +