Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


16.02.2024  21:30 

Günəşdə partlayış olub





A+  A-

Günəşdə ən yüksək "X" sinfinə aid partlayış baş verib.

Xəzərnews.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofiziki xidməti verib.

"Moskva vaxtı ilə saat 09:53-də (Bakı vaxtı ilə 10:53) 2 674 km/saat sürəti ilə rentgen diapazonunda II spektral tipli radio emissiyasının yayılması və qısa dalğalı radio rabitəsinin pozulması ilə müşayiət olunan və 16 dəqiqə davam edən X2.5 (S16W85) partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsiri mümkün beş səviyyədən üçüncüdə qərarlaşıb ki, bu da yüksək göstəricidir. İndi o, R1 (zəif) səviyyəsinə enib.

Bundan başqa, bu gün saat 05:51-də (Bakı vaxtı ilə 06:51) 3576 (S13W88) günəş ləkələri qrupunda rentgen diapazonunda daha bir M1.5 sinifli alışma qeydə alınıb və 18 dəqiqə davam edib.

"X" sinfinə aid partlayış mümkün beş səviyyədən ən güclüsüdür (A, B, C, M və X). O, əksər hallarda Günəşdə plazma emissiyalarına səbəb olur ki, bu da Yerdə maqnit qasırğasına səbəb ola bilər.


Xəbər 1166 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +