“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


04.11.2023  22:01 

Azərbaycan xristianların ən çox təqib olunduğu 10 ölkə arasında - Şok





A+  A-

Xristianlara məxsus olan “persecution.org” saytı qərəzli şəkildə iddia edir ki, Azərbaycan xristianların ən çox təqib olunduğu 10 ölkə arasındadır. Ermənistan mətbuatı da bu xəbəri “bəh-bəhlə” tirajlayır.

Bəs faktlar nə deyir?

1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilib. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi - Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olunub.

1999-cu ildə Bakı şəhərində Roma Katolik dini icması dövlət qeydiyyatına alınıb. Mərhum Prezident Heydər Əliyevin göstərişi ilə Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayrılıb. 2007-ci ildə ölkə paytaxtının ən gözəgəlimli yerində Məryəm Ananın şərəfinə katolik kilsə ucaldılıb. 2011-ci ildə isə “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu dövlət qeydiyyatından keçib.

Azərbaycanda nə qədər katolik yaşayır? 500-600 nəfər ola, olmaya. Respublikamızda katoliklik mənsublarının sayına görə pravoslav və protestantlıqdan sonra gəlir.

Azərbaycanda pravoslav kilsəsi daha böyük nüfuza malikdir. Belə ki, Bakı və Azərbaycan Yeparxiyasının tabeçiliyində səkkiz ibadət yeri (5 kilsə, 2 çasovnya, 1 dua evi) fəaliyyət göstərir. Onlardan dördü Bakı şəhərində, digərləri isə Gəncə, Sumqayıt, Xaçmaz və Lənkəranda yerləşir.

Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də dövlətin qayğısı ilə əhatə olunur.

1990-cı ildən "Azərbaycan-İsrail" dostluq cəmiyyəti, habelə "Soxnut" cəmiyyəti fəaliyyət göstərirlər. Qudyalçayın sol sahilində yerləşən Qırmızı Qəsəbə XVIII əsrdə Quba xanlığı dövründə salınıb. Əvvəllər “Yəhudi Qəsəbəsi” adlanan sözügedən yaşayış məntəqəsi hətta bir vaxtlar “Qafqazın Yerusəlimi” kimi də məşhurlaşmışdı. Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün 2011-ci ildə yeni sinaqoq tikilib.

Eyni zamanda, hər il yəhudi xalqının yeni ili – “Roş ha-Şana” bayramı münasibəti ilə Prezident İlham Əliyev ölkəmizdəki yəhudi icmasını təbrik edir. Azərbaycanda yeddi sinaqoq və səkkiz yəhudi dini icması fəaliyyət göstərir. Dağ Yəhudiləri Muzeyi - 2020-ci ildə Qubada açılıb. Dağ Yəhudiləri Muzeyi XIX əsrə aid Karcoq sinaqoqunda yerləşir. Dağ yəhudilərinə həsr edilmiş dünyada ilk və yeganə muzey dünya yəhudiləri arasında son dərəcə məşhurdur. Bu ilin aprelində mən xaricdən gələn yəhudi jurnalistlərlə birlikdə Qırmızı Qəsəbədə oldum. Onlarla birlikdə muzey və sinaqoqu ziyarət etdim. İnanın ki, yəhudilərin ağzı açıq qalmışdı. Necə ola bilər ki, bir müsəlman ölkəsində yəhudilərə bu qədər ehtiram göstərilsin.

Şübhəsiz ki, Azərbaycanda müəyyən problemlər var. Ancaq əminliklə demək olar ki, dini və etnik müstəvidə (ermənilər xaric) ölkəmizdə son dərəcə tolerant bir ortam mövcuddur. Bu həqiqəti dəfələrlə əcnəbilər də dilə gətirib. Ermənilər isə xristian fundamentalıminə söykənən dini mərkəzləri Azərbaycanın əleyhinə qaldırmaq üçün ciddi təbliğat aparırlar. Gördüyünüz kimi, müəyyən nəticələrə də nail olurlar.

Düşünürəm ki, xristianlara məxsus media mərkəzlərində tirajlanan bu kimi erməni yalanlarına Azərbaycanın pravoslav, protestant, katolik və yəhudi icması birgə bəyanatla cavab verə bilər. Qarabağda erməni separatizminə fiziki olaraq son qoya bildik. Ancaq təbliğat müharibəsi davam edir. Biz Azərbaycan olaraq təbliğat müharibəsində də erməniləri məğlub etməyi bacarmalıyıq.

Elbəyi Həsənli

Xəbər 5405 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +