“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


02.11.2022  12:10 

Əlilliyi olan şəxslərə daha 20 avtomobil təqdim edilib





A+  A-

Noyabrın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 20 vətəndaşa minik avtomobilləri təqdim edilib.

XəzərNews.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin göstərişi ilə Vətən müharibəsindən sonra icra olunan genişmiqyaslı sosial dəstək paketinin şəhid ailələri, müharibə iştirakçılarından ibarət artıq 119 min şəxsi əhatə etdiyini, onlara sosial dəstəkyönümlü 243 min xidmət göstərildiyini bildirib.

Sosial dəstək paketinin bir istiqaməti kimi, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev təqdim edildiyi qeyd olunub.

Həmin kateqoriyalardan olan vətəndaşlara 2022-ci il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1000-i təqdim edilib.

44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinin, həmin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin 2021-ci ilin əvvəlindən mənzillə təminatı həyata keçirilir.

Mühüm sosial proqramlardan biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatıdır. 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz həmin proqramla əhatə olunaraq avtomobillə təmin edilirlər.

Hazırda təqdim edilən 20 avtomobil də daxil olmaqla postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən çox avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya və bu gün avtomobillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbər 874 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +