“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


23.03.2022  20:22 

“Azərişıq” sayğaclarla yanaşı, borcları da “yeniləyir”? – Şikayət/Foto





A+  A-

Nazirlər Kabinetinin "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında qərarına əsasən, elektrik enerjisinin xəbərdarlıq edilmədən kəsilməsi qadağandır. Elektrik enerjisinin kəsilməsi yalnız fərdi qaydada olmalıdır. Köhnə sayğacın yenisi ilə əvəz olunmasına görə ödəmə haqqı verilməməsi səbəbindən elektrik enerjisinin kəsilməsi qanunsuzdur.

Nəsimi rayonu 71/69 ünvanda yaşayan bir qrup sakin “Azərişıq”ın məhz bu fəaliyyətindən - yəni sayğacların xəbər vermədən dəyişdirilməsindən narazıdır.

Sakinlər adından XəzərNews.az-a daxil olan şikayətdə bildirilir ki, “Azərişıq” sakinlərə heç bir xəbərdarlıq etmədən sayağacları dəyişib və onlara artıq borc yazılıb:

“03.03.2022 tarixində köhnə borcum 32 AZN 94 qəpik olub. Mənə heç bir məlumat vermədən 12.03.2022-ci il tarixində mənzilimə yeni sayğac qoyublar. Yeni sayğacdan sonra borc da “yenilənərək” 56 AZN 95 qəpik olub. 14.03.2022-ci ildə borcu ödəmişəm, lakin işıq verilməyib”.



Vətəndaş iddia edir ki, sayğacda 5 AZN kredit olub, əlavə 10 AZN-də ödəyəndən sonra onun mənzilinə işıq veriblər:

“Sayğac isə yenə 5 AZN göstərdi. 15.03.2022-ci il tarixində əlavə yenə 10 AZN ödədim. Sayğacda 3 AZN AZN 94 qəpik pul var idi. 16.03.2022-ci ildə isə saygac 10 AZN 99 qepik göstərdi. Doğru hesab isə 17 AZN 22 qəpik olmalı idi. Amma ödənişdən sonra sayğacda mövcud məbləğin 57 AZN 22 qəpik olduğunu gördüm. “Azərişiq”dan isə bildirdilər ki, balansınızda 12 AZN 22 qəpik var”.



Abonent bildirir ki, “Azərişığ”a ilk zəngindən sonra ona deyiblər ki, 20 AZN artıq ödəmisiniz:

“Əslində aktlaşmamış kimsənin sayğacının açılması yolverilməzdir, lakin “Azərişıq” əməkdaşları heç kimə xəbər vermədən sayğacları dəyişiblər və nəticədə də artıq borc yaranıb”.



Elektrik sayğacı hansı hallarda dəyişdirilə bilər?

Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik rnerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.



İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

Bahar Zahidqızı

Xəbər 4206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +