“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


04.10.2020  13:32 

XİN-dən Paşinyanın erməni xalqına müraciətinə münasibət





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan Baş nazirinin xalqa müraciətinə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, açıqlamada deyilir:

“Ermənistan Baş naziri bu ilin 3 oktyabr tarixində erməni xalqına müraciətində ənənəvi yalan və iftira dolu fikirlərini səsləndirib. Təcavüzkar siyasətinə haqq qazandırmağa çalışan və erməni xalqını bu siyasətin qurbanına çevirən N.Paşinyan bölgədə sülhün bərpa edilməsi istiqamətində addımlar atmaqdan çox uzaqdır.

Bölgədəki gərginliyin kökündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında qeyri-qanuni mövcudluğunun durduğunu və BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq ictimaiyyətin işğala son qoymaq tələblərini görməzlikdən gələn Ermənistanın hazırkı rəhbərliyi məsələyə tamamilə əsassız şəkildə dini çalarlar qataraq bir tərəfdən öz işğalçı siyasətini ört-basdır etməyə davam edir, digər tərəfdən isə öz xalqını fəlakətə sürükləyir.

Ermənistan rəhbərliyinin davamlı şəkildə bölgədəki əməliyyatlarda guya ki, Türkiyənin də iştirak etməsi ilə bağlı söylədiklərinin yalnız bir məqsədi var, münaqişəyə üçüncü tərəflərin cəlb olunmasına nail olmaq. Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər hazırlıqlıdır və 27 sentyabr tarixindən etibarən Ermənistanın yeni təcavüzünün qarşısını almaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən əks həmlələr həyata keçirir.

Ermənistan Baş nazirinin “ermənilərə qarşı soyqırımı” siyasətinin həyata keçirilməsi ilə bağlı cəfəng fikirlərinə gəldikdə isə, müharibə dövründə Azərbaycanlı əhaliyə qarşı müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, Xocalı soyqırımını törədən Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin beynəlxalq humanitar hüquqa uyğun şəkildə əks cavab tədbirlərini həyata keçirdiyini və dinc insanları hədəfə almadığını vurğulayırıq.

Azərbaycan silahlı qüvvələri öz suveren ərazilərində və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün haqlı mübarizə aparır. Ermənistan rəhbərliyinin bölgədə yaranmış vəziyyətə görə öz birbaşa məsuliyyətini ört-basdır etmək məqsədilə atdığı hər bir addım uğursuzluğa düçardır”.

Xəbər 2682 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +