Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


13.08.2020  12:10 

Altı telekanalın hər birinə 500 min manat ayrıldı





A+  A-

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, iclasda mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Prezidentin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunub.

Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan MTRŞ-yə ayrılmış 3 milyon manat vəsaitin 6 özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıb:

1. “Lider TV və Radio Azərbaycan” MMC - 500.000 manat

2. “Xəzər TV” MMC - 500.000 manat

3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası - 500.000 manat

4. “ARB 24” MMC - 500.000 manat

5. “Space Müstəqil Teleradio Şirkəti” MMC - 500.000 manat

6. “Real Təhlil İnformasiya Mərkəzi” MMC - 500.000 manat

Lakin “Lider TV və Radio Azərbaycan” MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün “Lider TV və Radio Azərbaycan” MMC-yə ayrılmış 500.000 manat vəsaitin 400.000 manatının birbaşa MTRŞ tərəfindən “Azərkosmos” ASC və “Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilməsi, 100.000 (yüz min) manatının isə “Lider TV və Radio Azərbaycan” MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılıb.

Xəbər 2105 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +