“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


22.11.2019  11:36 

“Azəriqaz” vətəndaşın sayğacını mənimsədi - Bakının mərkəzində “soyuqdan donan“ ailə





A+  A-

Dövlətlə vətəndaş(lar) arasında vətəndaşlıq bağlarının qırılma səbəb(lər)inin bircə adı var: vətəndaşa sayğısızlıq. Və məhz, üst qurumların bu sayğısızlığı səbəbindən vətəndaş öz qanuni haqqına sahiblənə bilmir, qeyr-ixtiyari, gerçəkdə isə məcbur edilərək” narazı kəsimin sıralarına əlavə say artımı yaradır.
Təbii ki, vətəndaşı öz dövlətindən (mövcud hakimiyyətdən) narazı salan səbəblər artdıqca bu hal daha da geniş vüsət alır. Diqqət edin, ölkə paytaxtının mərkəzində illərdir ki, vətəndaşın mənzili mavi yanacaqla təmin olunmur. Müraciət etdiyi ünvanların sayğısızlığı, biganəliyi bu insanda hansı halları yaratmalıdır ki? İlk öncə, güvənsizliyi. Vətəndaş haqlı olaraq onu dövlət adına süründürən dövlət qurumlarından (əslində isə, birbaşa olaraq dövlətin özündən) güvənsiz olduğunu biləcək, onu yönəldənlərə qarşı daxilində, hətta istəməsə belə, bir inamsızlıq yaranacaq. Bir insanı etirazçı zümrənin sıralarına qatmaq, hətta onu üsyançı səviyyəsinə qaldırmaq budur və ayrı adı yoxdur.

Baxın, illərdir ki, Bakı şəhər sakini Anar Hüseynin xüsusi mülkiyyəti olan mənzili qaz sayğacı ilə təmin edilmir. Bu barədə XəzərNews.az-a müraciət edən şikayətçi bildirir ki, ona məxsus - Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 13, mənzil 13 qeydiyyatlı daşınmaz əmlaka mavi qazın verilməsi ilə bağlı qərar qəbul edilsə də, sayğacı quraşdırılmayıb: “Mənə verilən sənəddə həmin mənzilə 2013-cü ildə “Smart G-4 İTRON DİAFRAQMA” tipli sayğacın quraşdırıldığı göstərilir. Mənzilə əhali qeydiyyatlı, abonent nömrəsi 1302AZ130100073685 olan sayğac açılıb, amma sayğac hələ də quraşdırılmayıb. Sayğacın quraşdırılması üçün bütün işlər görülüb, sənədlər hazırlanıb, daxil olan cihazlar qeydə alınıb. Buna baxmayaraq, mənzilim yenə də qaz sayğacı ilə təmin olunmur. 25 dekabr 2018-ci ildə “Azəriqaz” İstehsalat Birliyi Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zehin Rəsulova ərizə yazaraq mənzilimin sayğacının bərpasını xahiş etmişəm...”.

Nəticə olmur. Onu gah Sayğaclar idarəsinə, gah da adı iki-üç mərtəbəli təşkilatlara istiqamətləndirirlər, yenə də nəticə olmur. Hər dəfə deyirlər ki, get, sayğacın hansı ünvanda olduğunu müəyyənləşdirib bizə bildir. Adama deyərlər ki, daha bu qədər də yox! Sayğacı mənzildən “mənimsəyib” bir ayrısına satan da, vətəndaşı dağa-daşa salan da sizlərsiniz, bəylər. Məgər, bilmirsiniz ki, A.Hüseynin adına olan sağac hansı ünvandadır? Bilməsələr belə, bunu müəyyənləşdirmək sizlər üçün iki vur iki kimi bir şeydir. Bunun bircə adı var: vətəndaşa sayğısızlıq – məqsədli şəkildə onu dövlətdən, onu yönəldənlərdən narazı salmaq.

Növbəti dəfə müraciət edir ki, öz şəxsi vəsaiti hesabına yeni sayğac quraşdırılmaqla mənzili mavi yanacaqla təmin edilsin. Bildirilir ki, ASAN Kommunal-a müraciət etməlidir. Elə də edir. Bu il okyabrın 2-də 2 saylı ASAN Kommunal-a müraciət edir. Orada bildirilir ki, bir həftə ərzində müvafiq qurum (podratçı müəssisə) qaz çəkilişini və yeni sayğacın quraşdırılmasını reallaşdıracaq. İki həftədən sonra mənzilə baxış keçirilir, “Azəriqaz Layihə İnşaat” QSC-nin əməkdaşları Sorğu Blankı-nı tərtib edib A.Hüseynlə Müqavilə bağlayırlar. Sorğu Blankı-nda yeni sayğacın abonent kodu da göstərilir (1402AZ130114018248). Müqavilədə görüləcək işlərin dəyəri 262 AZN göstərilsə də, əlavə olaraq 200 AZN mal-material sərfiyyatına, sayğaca görə isə 40 AZN ödəniləcəyi bildirilir. A.Hüseyn razılaşır. Amma bir müddət sonra “Azəriqaz Layihə İnşaat” QSC-dən ona bildirilir ki, adına sayğac olduğu üçün yeni sayğac çəkilə bilməz. Təkrar böyük rəislərə müraciət olunmalıdır... “Azəriqaz” İB-də nədir bu naz, bilmək olmur. Adama deyərlər ki, vətəndaşın sayğacını “mənimsəmisən”, deyək ki, əcəb etmisən. İndi öz xərci ilə mənzilinə yeni sayğac quraşdırmaq istəyir, ona da “naz” edirsən.

Bu ötür-ötür oyununun ümumi mənzərəsini göz önündə canladırsaq qənaət belə olacaq: haqq var, amma divan yoxdur! Təzada baxın, A,Hüseyn Bakı şəhərinin mərkəzində üç azyaşlı körpəsilə bunların günahı ucbatından illərdir mavi yanacağa həsrət qalıb, SOCAR-ın şefi Rövnəq Abdullayev isə erməni kilsələrinə qazın təmənnasız verilməsindən hədsiz qürur duyur. İndi adam bilmir ki, ağlasın, yoxsa gülsün. Bu cür vətəndaşlar, sizcə, necə addım atmalıdır? Özlərini ay-ulduzlu üçrəngli bayrağa bürüyüb “biz bu dövləti, bu vətəni, bu hökuməti, onun məmurlarını dəlicəsinə sevirik”, - deyə hayqırmalıdırmı? Edə bilməzlər, çünki ən adi vətəndaşlıq hüququnu gerçəkləşdirə bilməyən vətəndaş dövlətin heç bir atributunu səmimi olaraq sevməz, “səni sevəcəyəm, sən sevməsən də” yalnız mahnılarda, ürəklərdə isə ayrı şeylər olur.

Düşünürsən ki, əcəba, bumu qanun, bumu dövlət qurumu SOCAR və onun vətəndaşları qazlayan “Azəriqaz”ı?.. Əgər, normalda tam ədalətli məhkəmə sistemi olsaydı, haqsızlıqla üzləşən vətəndaş da buna inanıb bu quruma müraciət edərdi; ona edilən ədalətsizliyə görə məhkəmə dövlət adından SOCAR-ın anasını ağladardı, “Azəriqaz”ı da diz çökdürüb dəymiş maddi və mənəvi ziyanı birə min ödətdirərdi. Təəssüf və təəssüf, hələ ki, bunlar reallıqda sadəcə bir xəyaldır.

İndi “Azəriqaz” İB-nin A.Hüseynin mənzilinə yeni sayğac quraşdırıb mavi qaz verəcəyi nə qədər realdır, yaxud da bir ayrı xəyaldır onu da bilmək olmur.


Vasif Hüseynov

Xəbər 15005 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +