“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


15.11.2019  10:58 

Vilayət Eyvazov ona yüksək vəzifə verdi





A+  A-

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayev “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəisi təyin olunub.

Bundan öncə həmin vəzifəni tutan Mehman Təhməzov təqaüdə göndərilib.

Qeyd edək ki, bu ilin yayında polkovnik Ə.Ağayevin ailəsində faciə baş verib. Onun 28 yaşlı oğlu Orxan Ağayev Nərimanov rayonunda yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi. Ə.Ağayevin iki oğlu olub. Orxan Ağayev subay olub. Hadisədən sonra faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanmışdı.

Xəbər 1712 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +