Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


03.01.2019  08:46 

Azərbaycanda tikinti sahəsində YENİLİK





A+  A-

Azərbaycanda şəhərsalma və tikinti sahəsində fəaliyyət yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılacaq.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.

Sənəddə qeyd olunur ki, 2019-2020-ci illərdə tikinti obyektlərinin layihələndirilməsi, tikintisi, yenidən qurulması və digər şəhərsalma və tikinti fəaliyyətinin planlaşdırıldığı ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarlarını və tələblərini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlar yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğun olaraq təkmilləşdiriləcək.

Ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarları və tələbləri şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlara daxil ediləcək.

Xəbər 1631 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +