“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


06.03.2018  09:57 

Banklar üçün kritik mərhələ - Gəlirlər kəskin azaldı





A+  A-

Azərbaycan banklarının gəlirləri kəskin azalıb. Bu isə kredit portfelindəki azalma ilə bağlıdır.
XəzərNews.az FED.az-a istinadən xəbər verir ki, müştərilərə verilən kreditlər azalaraq 11 milyard 242,2 milyon manata düşüb. Bu isə bankların kredit faizlərindən əldə etdikləri gəlirlərin kəskin azalması deməkdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən, kredit portfeli yanvar ayında 1 faiz azalaraq, 11 milyard 337.6 milyon manatdan 11 milyard 242,2 milyon manata düşüb. Yəni bankların kredit portfeli bir ayda 95,4 milyon manat azalıb.

2017-ci ilin yanvar ayının sonu ilə müqayisədə isə bu azalma daha çoxdur. Belə ki, 2017-ci ilin eyni dövründə bankların müştərilərə verdiyi kreditlər 16 milyard 206.6 milyon manat olmuşdu, başqa sözlə, 1 il ərzində kreditin həcmində 5 milyard manat azalma var.

Bankların kredit aktivliyinin azalması və izafi likvidlik bankların icmal hesabatında yeni mənzərəni ortaya qoyub. Belə ki, bankların pulu kreditlər yolu ilə iqtisadiyyata yönəltmək imkanları aşağı olduğundan, onlar hazır maliyyə alətlərinə yatırım edirlər. Təkcə bir ayda bank sektorunun qiymətli kağızlara qoyduğu investisiyanın məbləği 2 milyard 487 milyon manat olub. 31 dekabr 2017-ci il tarixinə isə bu göstərici cəmi 355 milyon manat təşkil edirdi.

Bankların Mərkəzi Bankın notlarına, dövlət istiqrazlarına tələblərinin həddən artıq artması da bu artımı gözlənilən edirdi. Lakin müqayisə göstərir ki, hazırda rəqəmlər arasında 7 dəfəlik bir artım var və bu, kreditləşməyə açılmanın zərurətini əks etdirir.

İqtisadçı ekspert Rəşad Həsənov isə musavat.com-a açıqlamasında deyib ki, Azərbaycanda bank sektoru son iki ildə tənəzzül dövrünü yaşayır: “Bu fonda gəlirlərin azalması proqnozlaşdırılan idi. Azərbaycanda banklar daha çox kreditlərdən gəlir əldə edirdilər. 2004-2014-cü illər üzrə bankların gəlirlərinin strukturunu tədqiq edən zaman aydın olur ki, onların əldə etdiyi gəlirlərin hər 100 manatından 75 manatı məhz kreditləşmədən, yəni kredit faizlərindən əldə olunan gəlirlərdir”.

Ekspertlər bildirir ki, bankların vəziyyətini çətinləşdirən amillərdən biri də dollarla olan kreditlərdir. Dövlətin bu məsələyə müdaxiləsi və yaranmış borclarda güzəştlərin edilməsi məqsədəuyğun sayılır.

Xəbər 1213 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +