“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


08.04.2017  10:23 

Abituriyentlərin cibinə girən hazırlıq kursları...





A+  A-

Azərbaycanda yüzlərlə hazırlıq və dil kursu var. Araşdırmalara əsasən, onların hamısı haqda müsbət fikir söyləmək olmaz. Hətta əksəriyyəti ciddi tənqid olunmalıdır. Əksər kurslar insanlara təhsil vermək əvəzinə, ancaq şagird, abituriyent və tələbələrdən pul yığmaqla məşğuldur. Təbii ki, bu halda verdikləri təhsilin səviyyəsindən danışmağa dəyməz. Hətta araşdırsaq, görərik ki, bəzi kursların lisenziyası belə, yoxdur. Həmçinin, bir çox kurslarda çalışan müəllimlərin bəzilərinin pedaqoji savadı yoxdur, onların əksəriyyəti də elə həmin kurslarında bir neçə ay oxuyub, “sertifikat” almış şəxslərdir. Bəs belə kurslara necə nəzarət olunmalıdır?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə və təhsil eksperti Kamran Əsədov bu məsələdən danışıblar.

Asim Mollazadə bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kurslara lisenziya vermiş müvafiq icra strukturları nəzarət etməlidir.
“Həmçinin təhsillə bağlı olan hər bir müəssisə bilavasitə Təhsil Nazirliyinin nəzarətində olmalıdır. Yəni müvafiq icra strukturları və Təhsil Nazirliyi kurslara nəzarəti həyata keçirməlidir. Verdiyi təhsilin keyfiyyəti aşağı olan istənilən kursların fəaliyyəti dayandırılmalıdır”.

Təhsil eksperti Kamran Əsədov deyib ki, hazırlıq və dil kursları təhsilin inkişafına köməklik edən vasitələr olmalıdır.
“Mən də hesab edirəm ki, burada ciddi şəkildə hüquqpozmalar, valideynlərin və vətəndaşların pullarının mənimsənilməsi var. Bu gün hər hansı bir kiçik maliyyəsi olan şəxs bir yeri icarəyə götürür və ora müəllimlər cəlb edərək, hazırlıq kursları açır. Həmin şəxs dövlət qarşısında yalnız vergi ödəyicisi kimi öhdəlik daşıyır. Hər hansı bir təhsil keyfiyyəti, onun kadrlarının, rəhbərliyinin təhsildən anlayışının olub-olmadığı isə məlum deyil. Mən bu sahədə kifayət qədər təkliflər irəli sürmüşəm. Həmin təkliflərdən biri də odur ki, Azərbaycanda kursların və repetitorların fəaliyyətini nizamlamaqdan ötrü bunları lisenziyalaşdırma prosesinə cəlb etmək lazımdır. Hesab edirəm ki, repetitorluq etmək istəyən şəxslər müvafiq qurum tərəfindən yoxlanılmalı və onlara icazə verilməlidir. Həmçinin, kurslarda da lisenziyalaşdırma prosesi aparılmalıdır ki, onların bu sahədə bacarığının olub-olmamadığı ortaya çıxsın”.

Təhsil eksperti bildirib ki, hazırlıq mərkəzlərinin nəticələri reklamlarda göstərildiyi kimi, yüksək faizdə deyil.
“Onların fəaliyyətinin əsas istiqaməti aldadıcı reklamlarla insanları həmin kurslara cəlb etməkdir. Mənə valideynlər tərəfindən müraciətlər olub ki, kurslar onların övladlarının ali məktəblərə qəbulda yüksək nəticələr göstərəcəyi vəd olunur, amma son nəticə əksini göstərir. Təsəvvür edin ki, həmin kurslarda bədən tərbiyə müəllimi tarixdən, riyaziyyatdan abituriyent hazırlaşdırır. Düzdür, hazırkı qanunvericilik bunu qadağan etmir. Amma bu inkişaf üçün doğru vasitə deyil. Heç kim öz vəzifəsini vergi ödəməklə bitməli hesab etməməlidir”.
Təhsil eksperti deyib ki, xarici ölkələrdə digər dillərin öyrədilməsi üçün 3-5 il tələb olunur.
“Azərbaycanda isə xarici dillərin öyrədilməsi üçün bu proses kurslarda 2-3 aya həyata keçirilir. Bu kurslar ancaq söz öyrətməklə işlərini bitmiş hesab edirlər. Halbuki, dilin normaları var, biz onları 3-4 aya öyrənə bilmərik. Bu gün fəaliyyət göstərən əksər dil və hazırlıq kurslarının əhəmiyyəti yoxdur. Əslində isə bu belə olmamalıdır”.

(modern.az)

Xəbər 1867 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +