“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


14.02.2017  12:50 

“Dollar ucuzlaşır, bəs qiymətlər niyə qalxır?”





A+  A-

 

“Neçə gündür ki, manat bahalaşır, dollar isə ucuzlaşır. Bəs niyə ərzaq məhsullarının qiymətləri gündən-günə qalxır?”.

XəzərNews.az xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında deyib. O, bu məsələdə işbazları və monopolistləri ittiham edib. Deputatın sözlərinə görə, qiymət bahalaşması Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəfə ziddir: “Mən dəqiq məlumatlar bildirirəm ki, manat bahalaşsa da yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda işbazlar bəhanə gətirirdilər ki, bu, onlara ciddi zərbə olur, ona görə qiymət artımına gedirlər. Bəs indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməlidir və təcili tədbirlər görülməlidir”.



Xəbər 3628 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +