Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar


03.04.2023  16:04 

“Aztelekom” milyonluq layihəni necə icra edir?





A+  A-

Məlum olduğu kimi ötən il dekabrın ayının 22-də Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı “Aztelekom” MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon ABŞ dolları (85 milyon AZN) dəyərində kredit müqaviləsi imzalanıb. Sözügedən kredit müqaviləsini “Aztelekom” MMC-nin baş direktoru Klaus Müller və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patron imzalayıblar.

Dövrü mətbuatın yanvarın 25-də yaydığı məlumata görə, “Aztelekom” MMC-nin baş direktoru Klaus Mueller şəxsi səbəbləri ilə əlaqədar olaraq işdən ayrılmağa qərar verib. Hazırda “Aztelekom” MMC-in baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Elçin Niyazova həvalə edilib. Biznesin inkişafı sahəsində geniş təcrübəyə sahib Elçin Niyazov uzun illər müxtəlif dövlət və özəl şirkətlərdə rəhbər vəzifələri icra edib. Amma rabitəçi deyil.

Qeyd edək ki, “Aztelekom” cəlb olunan maliyyə vəsaitini regionlarda həyata keçiriləcək infrastrukturun yenidən qurulması üçün istifadə edəcək. Bu maliyyə dəstəyi ilə şirkət planlaşdırdığı şəbəkə genişləndirilməsinin sürət, tutum və ötürmə qabiliyyətini yaxşılaşdıraraq, şəhər və kənd yerləri arasında rəqəmsal bərabərsizliyi azaltmağa nail olacaq. Bu, “Aztelekom”a yüksək keyfiyyətli, fasiləsiz interneti təmin etməyə və bütün ölkə üzrə internetin orta sürətini artırmağa imkan verəcək.

Məlumat üçün bildirək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən və əsas operatoru “Aztelekom” MMC olan “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər sürətli internetlə ölkənin bütün ərazisini əhatə edən genişzolaqlı şəbəkənin qurulması planlaşdırılır. Layihənin icrasına başlanıldığı 2017-ci ildən bu günədək artıq ölkə üzrə 766 minə yaxın ev təsərrüfatı optik internetə çıxış imkanı əldə edib ki, bunun da 539 mini 2021-2022-ci illərdə icra olunub. Bu, yeni infrastrukturun quraşdırılma tempinin dəfələrlə artdığını nümayiş etdirir. Ümumilikdə layihənin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə sürətli internetlə təmin olunması planlaşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən ötən ilin noyabrında mətbuata verilən məlumatda isə ölkə ərazisində 649 min ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunduğu bildirlib.

Qeyd edək ki, telekommunikasiya infrastrukturunun yenilənməsi, müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri layihənin əsas operatoru olan “Aztelekom” MMC həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.

Bəs “Aztelekom” MMC layihəni necə həyata keçirir?

Qeyd etdiyimiz kimi, “Aztelekom” MMC layihə üzrə işləri Abşeron rayonunun mərkəzi və yeni yaşayış massivlərində bitirib, bir çox rayonlarda isə işlər davam etdirilir. Açıq mənbələr üzərindən apardığımız araşdırmalarda yeni rabitə xəttlərinin hansı şirkət tərəfindən həyata keçirilməsi barədə heç bir məlumat əldə edə bilmədik. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada da “Aztelekom” MMC tərəfindən yeni rabitə xəttinin çəkilməsi ilə heç bir tenderin elan olunmadığını müəyyən etdik. Bəs dövlət müəssisəsi bu işləri hansı üsullarla həyata keçirir?

Redaksiyamıza verilən məlumatlara görə telekommunikasiya infrastrukturunun yenilənməsi ilə əlaqədar respublikamızın qərb zonasında da, Şəmkir, Tovuz, Qazax, Gədəbəy rayonlarının kəndlərində də yeni fiber-optik kabellərin çəkilişinə başlanılıb. Əldə etdiyimiz məlumata görə Şəmkir rayonunun ən böyük kəndlərindən olan Çənlibeldə yeni rabitə xəttinin çəkilişini “Caspian Road” MMC aparır. MMC barəsində açıq internet resursları üzərindən əldə etdiyimiz məlumatlar bunlardır.

MMC-nin rəsmi veb-saytı /www.caspianroad.az. kimi göstərilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında CASPIAN adı ilə başlayan, dövlət qeydiyyatına alınmış 193 MMC arasında sözügedən şirkət barəsində heç bir məlimat yoxdu.

MMC-nin rəsmi veb-saytında qeyd olunur ki, şirkətimiz peşəkar ustalardan ibarət, yüksək tələblərə cavab verən, operativ və keyfiyyətli iş bacarığına malik, müasir texnologiyalarla iş təcrübəsi olan kadr potensialı ilə istənilən şəraitdə yol bərkitmə, üst açma, torpaq qatının çıxarılıb daşınması, asfalt qatının təmiri və yenidən qurulması işlərini həyata keçiririr. Şirkət həmçinin yolların yenidən qurulması, yarımstansiya daxili bütün yol infrastrukturunun hazırlanması, Dəmir Yol stansiyasına gedən yol və stansiya ətrafı asfalt və bərpa işləri, inzibati bina ətrafı asfalt örtüyü hazırlanması işlərini həyata keçirib. “Caspian Road” MMC istənilən formada beton işlərini və beton qəliblərin hazırlanmasını yerinə yetirir. MMC-nin “Facebook” səhifəsində də daha çox beton və dəmir-beton konstruksiyaların, bina və qurğuların tikintisi və istismarı ilə bağlı paylaşımlar var. Bu isə o deməkdir ki, MMC daha çox tikinti sahəsi üzrə ixtisaslaşıb.

Bəs necə olub ki, yol, tikinti sahəsi üzrə ixtisaslaşmış bir şirkət GPON və digər genişzolaqlı rabitə xəttlərinin çəkilişinə cəlb edilib?

Qeyd edək ki, MMC -də işi heç də rəsmi veb-saytında göstərildiyi kimi peşəkar mütəxəssislər aparmır. Burada işlərin görülməsinə yerli kənd sakinləri cəlb edilib. Əldə etdiyimiz məlumatlara görə MMC kənd ərazisində rabitə xəttinin çəkilməsi üçün mindən çox dəmir dirək basdırıb. Hər dirəyin qazılaraq dibinə beton tökülməsi üçün kənddən işə cəlb olunanlara 8 manat pul verib. Bir dirəyin betonlanmasında azı 4-5 nəfər çalışır. Bu isə o deməkdir ki, bir dirəyin betonlanmasına adambaşına 1,5 manat pul düşür. Kənd sakinlərindən ibarət 4-5 nəfərlik bir dəstə isə bir iş günü ərzində uzağı 10 dəmir dirək betonlaya bilir. Bu da kənd sakinlərinin gün ərzində 10 manata çalışdığını göstərir. Amma əldə etdiyimiz məlumata görə “Caspian Road” MMC bir dəmir dirəyin qazılaraq betonlanmasına 58 manat yazır. Onun cəmi 8 manatını isə kənddən tutduğu ucuz işçi qüvvəsinə verir. Burada MMC-nin rəsmi fəhlələrinin adına 600-700 manat maaş yazaraq, kənddən tutulan fəhlələrə gündəlik, yaxud da həftəlik əməkhaqqı ödəmələri də istisna deyil.

Görsənən odur ki, “Caspian Road” MMC işləri fəhlələrlə heç bir əmək müqaviləsi bağlamadan ucuz işçi quvvəsi cəlb etməklə həyata keçirir. Bununla yanaşı şirkət hər rabitə dirəyinin qazılaraq dibinin betonlanmasını 58 manata rəsmiləşdirib, cəmi 8 manat xərcləyir. İndi təsəvvür edin Şəmkir, Tovuz, Qazax, Gədəbəy rayonlarının kəndlərində nə qədər yeni rabitə dirəkləri basdırılıb və hər dirəkdən 50 manat silinirsə bu nə qədər vəsait edir.

Belə çıxmırmı ki, “Aztelekom” MMC -nin rəsmiləri keçmiş baş direktor Klaus Müllerin Avropa Yenidənqurma və İnkişaf Bankından aldığı 50 milyon ABŞ dolları dəyərində kreditin böyük hissəsini “Caspian Road” MMC vasitəsi ilə silirlər?/Aktualinfo.org

Xəbər 1175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +