Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


15.10.2024  11:09 

Türk Mədəniyyəti və İrsi Fondu “Füzuli günləri” layihəsini davam etdirir -Fotolar





A+  A-

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən “Füzuli Günləri” çərçivəsində Bakı və Gəncə şəhərlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xorunun və Qaziza Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xorunun birgə konsertləri təşkil olunub.

Xəzərnews.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bakı və Gəncə şəhərlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xorunun və Qaziza Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xorunun birgə konsertləri keçirilib. Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında və Gəncədə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gerçəkləşdirilən konsertlər Fond tərəfindən Türk mədəniyyətinin inkişafında müstəsna yer tutan görkəmli şair, mütəfəkkir, böyük ustad Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub.

Sözügedən tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük ustad Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Türk Mədəniyyəti və İrsi Fondunun başlatdığı genişmiqyaslı “Füzuli günləri” adlı layihə çərçivəsində təşkil olunub.

Türk Mədəniyyəti və İrsi Fondunun “Füzuli günləri” layihəsi böyük şair Məhəmməd Füzulinin yaradıcılığının dünyada geniş şəkildə işıqlandırılmasına və təbliğinə, eləcə də qardaş türk ölkələri arasında əlaqələrin möhkəmlənməsinə töhfə vermək məqsədi daşıyır.

Füzuli yaradıcılığına həsr olunmuş gecələrdə Türk Dünyası musiqi tarixinin ən böyük əsəri olan bəstəkar Cahangir Cahangirovun “Füzuli” kantatası, eləcə də qazax bəstəkarlarının nadir əsərləri ifa olunub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun fəaliyyətindən bəhs edərək layihə ilə bağlı ətraflı məlumat verib.

Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan Respublikası, Qırğız Respublikası, Türkiyə Respublikasının dövlət başçılarının dəstəyi ilə yaradıldığını vurğulayan Raimkulova, təşkilatın əsas missiyasının Türk dünyasının zəngin mədəni irsinin qorunması, araşdırılması və beynəlxalq aləmdə təbliği olduğunu qeyd edib. O, xüsusilə fondun Türk dünyasının dahi şəxsiyyətlərinin irsinin gələcək nəsillərə çatdırılması yönündə “Türk Dünyasının görkəmli şəxsiyyətləri”, “Türk Dünyasının ədəbi inciləri”, “Türk Dünyasının elmi inciləri” adlı kitab seriyalarını tərtib etdiyini diqqətə çatdırıb.

Raimkulova nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixində Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətini xüsusi vurğulayıb. O, fondun bu təşəbbüsə dəstək məqsədilə bir sıra layihələr həyata keçirdiyini və bunlardan biri olan "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabının nəşr edildiyini bildirdi. Bu kitabda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Füzuli irsinin tanıdılması istiqamətində müstəsna xidmətləri əks olunub.

A. Raimkulova qeyd edib ki, 23-26 sentyabrda Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri "Füzuli–530 misra" kitabının təqdimatı ilə açılıb. Fondun növbəti böyük layihəsi isə Bakıda və Gəncədə təşkil ediləcək “Füzuli günləri”dir.

Raimkulova Qazaxıstanın Aktobe vilayətinin İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən konsertlərin həm də Jubanova adına Aktobe Filarmoniyasının 80 illik yubileyinin qeyd olunmasına həsr olunduğunu qeyd edərək, Filarmoniyanın direktoru Dina Niyazovanı təbrik edib.

Tədbirlərdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, millətvəkilləri, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Konsertlər Bakı və Gəncə izləyiciləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.













Xəbər 5190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +