Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


28.10.2021  17:45 

“Televiziyalar reytinq xətrinə millətin əxlaqını qurban verirlər”





A+  A-

Ənənəvi media və sosial şəbəkələr insanların şəxsi həyatını nümayişə çıxarmaqla köhnə zamanların “evin sirri elin sirri” qəlibini sındırıb. İndi əksəriyyət çəkinmədən gündəlik qayğılarını, ailə gizlinlərini paylaşır.

XezerNews.az xəbər verir ki, Milli Məclisin üzvü Aqil Abbas Yenisabah.az-a açıqlamasında bu məsələdə əsasən televiziyaları günahkar sayıb:

“Bu problemin ən böyük günahı televiziyalardadır, ikinci sırada isə sosial şəbəkələr gəlir. İnsanları verilişə çıxarırlar, biri arvadının xəyanətindən danışır, biri ərinin. Bütün bunlar Azərbaycan mentalitetinə uyğun olmayan hərəkətlərdir və fərdi problemlərdir.

Azərbaycanda 10 milyon əhali yaşayırsa, onların hamısı şəxsi həyatını ictimailəşdirməlidir?

İnsanların həyatını televiziyalara çıxarmaq, saytlarda, sosial şəbəkələrdə paylaşmaq olmaz. Çıxıb efirdə deyirlər ki, “xalam oğlu məni zorladı”, “dayımoğlu nakişi hərəkət etdi” və s. Kənardan baxan da deyir ki, ay Allah, bu millət necə millətdir?! Kim arvadından, ərindən boşanmaq istəyirsə, getsin, məhkəmədə boşansın, televiziya boşanma yeri deyil.

Televiziya kanalları reytinq xətrinə millətin əxlaqını qurban verirlər. Mən parlamentdə bu məsələni mütləq qaldıracağam”.

Bununla belə, Aqil Abbas müəyyən hadisələrin ictimailəşdirilməli olduğunu da vurğulayıb:

“Doğrudur, müəyyən hadisələr ola bilər ki, mütləq ictimailəşdirilməlidir. Məsələn, kiminsə zorakılığa məruz qalmasını hüquq-mühafizə orqanları laqeyd qarşılayırsa, həmin şəxs bunu ictimailəşdirməyə məcburdur. Eyni zamanda, bu cür məsələlərə hüquq-mühafizə orqanları vaxtında baxmırsa, bu, artıq onların təqsiridir. Deməli, boşluqlar var ki, insanlar məcbur olub öz şəxsi problemlərini ictimailəşdirirlər və o, həllini tapır”.

Xəbər 1290 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +