Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


28.10.2021  11:50 

Əlilliyi olan şəxslərin işlə təmin olunmasında çətinliklər





A+  A-

Əlil anadangəlmə xəstəlikdən və ya xəsarətdən doğan, əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma ehtiyacı olan şəxsdir.Azərbaycanda əlillərin əmək hüquqları “Əlillərin hüquqları haqqında” Konvensiya ilə müdafiyə olunur. Həmin Konvensiyaya görə iştirakçı dövlətlər əlillərin əmək hüququnu tanıyırlar.

AR Əmək Məcəlləsində əlillərin əmək hüquqlarının tənzimlənməsi, xüsusilə iş və istirahət,məzuniyyət, əməyin mühafizəsi sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı bütün qaydalar nəzərdə tutulub.

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “ Əlillərin hüquqları haqqında” Konvesiyayaya qoşularaq Prezident İlham Əliyev 2008-ci il oktyabrın 2-də qanun imzalamışdır. Konnvesiyanın 27- ci maddəsi “Əmək və məşğulluq” adlanır. Həmin maddədə belə bir müddəa irəli sürülür ki,əmək hüququna görə əmək bazarının istehsalat mühitinin əlillər üçün açıq inkluziv və əlverişli şəraitdə əlilin sərbəst seçdiyi və ya razılıq verdiyi , əməyi ilə özünü təmin etmək hüququnu ehtiva edir.

Konstitusiyanın 35-ci maddəsində qeyd edilir ki, hər kəs peşə seçimi edə bilər,əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.Əmək münasibətləri fiziki şəxsin işə götürənlə bağlanmış əmək müqaviləsi əsasında işçi qismində əmək qabiliyyətini realizə edir.Vətəndaşların əmək hüququnun subyekti kimi çıxış etmələri üçün, ilk öncə onların əmək subyektinə malik olmaları vacibdir. Əmək hüququnda kim əmək qabiliyyətlidirsə, o da fəaliyyət qabiliyyətli hesab olunur,ona görə də əmək hüququ subyektliyi əmək hüquq qabiliyyətinin ali kateqoriyası kimi çıxış edir.İşçi kimi işəgötürən də əmək hüququ münasibətinin tərəfidir,o, həm hüquqi , həm də fiziki şəxs sayılır.

Əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində müxtəliv normativ-hüquqi aktlar qəbul edilib, dövlət tərəfindən proqramlar həyata keçirilib. “Əlillərin sosial müdafiəsi haqqında”Azərbaycan Respublikası 25 avqust 1992-ci il tarixli 284 nömrəli qanununda əlilliyi olan şəxslərin sosial müdafiəsi haqqında müxtəlif tələblər, öhdəlik və vəzifələr qoyulub.Onların işlə təmin olunması məsələsi isə Nazirlər Kabinetinin 23 noyabr 2005-ci il tarixli“Sosial müdafiyəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “ Kvota şamil edilməyən müəssisələrin siyahısının tətbiq edilməsi haqqında”qərarları ilə tənzimlənir.

Prezident İlham Əliyev tərəfindən 31 may 2018-ci ildə imzaladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsində əlilliyi olan şəxslər Konstitusiyada və digər normativ hüquqi aktlarda ,Azərbaycan Rezpublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş “bütün insan və vətəndaşlar hüquq və azadlıqlarına malikdir” ifadəsi öz əksini tapmışdır.Elə həmin maddənin 3-cü bəndində də əlilliyi olan şəxsin özü və nümayəndəsi vasitəsilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məcburiyyətilə inzibati aktdan,inzibati aktın qəbul edilməsində imtinadan,inzibati orqanın hərəkət və hərəkətsizliyindən “İnzibati icraat haqqında”Azıərbaycan Respublikasının qanunauyğun olaraq şikayət edə bilər. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüquqi vardır.

“Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında qeyd olunur ki,əlillərin sosial müdafiəsinin təşkili işində, onların işə düzlməsi və əməyindən istufadə üçün müvafiq şərait yaradılması əsas istiqamətlərdən biri sayılmalıdır.Yerli idarəetmə orqanları,əlillərin ictimai təşkilatları ərazilərdə fəaliyyət göstərən idarə,müəssisə və təşkilatlarda münasib boş iş yerləri müəyyənləşdirməli,əlillərin birinci növbədə işə düzülməsini təmin etməlidirlər.



Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və onun yerli orqanları sosial müdafiyəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota müəyyən edilmiş iş yerlərinə,həkim-əmək ekspert komissiyasının rəyinə əsasən əlillərin göndərilməsini təmin etməli,müvafiq nazirliklər, baş idarələr əlillərini ictimai təşkilatlarla birlikdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə müvafiq olaraq ərazi və respublika məşğulluq proqramlarında əlillərin işləməsi üçün xüsusi müəssisə,sahə və iş yerləri yaradılması nəzərdə tutmalıdırlar.
Bu tədbirlər sırasında kvotalaşdırılması xüsusi yer tutur.Biz əvvəlcə bu sözün mənasını verək,o görək nə deməkdir? Kvota-müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə götürənlərə,sosial müdafiyəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin minumum sayıdır.AR Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə “Sosial müdafiyəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” təsdiq edilmişdir.Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən əlillərin işləməsi üçün müvafiq normativ aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.

Əlillərin işə düzəlməsi üçün tutulan kvotanı təmin etməyən,onları işə düzəltməkdən boyun qaçıran müəssələr,idarə və təşkilatlar mülkiyyət formasından asılı olmayaraq AR-nın Dövlət Sosial Fonduna əlillərin işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün respublika üzrə müəyyən edilmiş orta ayləq əmək haqqının 3 mislinin məbləğində vəsait köçürürlər.

Qeyd edək ki,kvotaya əməl etməyən müəssisələr qanunvericiliyə uyğun olaraq məsuliyytət daşıyırlar.Müəssisələr üçün müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər,rayon məşğulluq mərkəzlərinin və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir.Xətalar Məcəlləsinin 194-cü maddəsinə əsasən müvafiq icra hakimikyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiyəyə xüsusi ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən şəxslərin onların kvota üzrə iş yerlərinə qəbul edilməməsinə görə 1500 manatdan 2000 min manatadək cərimə tətbiq edilir.Bu inzibati cərimələr işə götürən vəzifəli şəxsin əmək haqqından və ya digər gəlirlərindən tutulur.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Konstitusiyanın 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində görülən vəzifələri müəyyən edir,əlliliyə səbəb olan risklərin,əlillik əlamətinə görə ayrı-ıseçkiliyin bütün formaların aradan qaldırılmasını,əliliyi olan şəxslərin realibitasiyasını,cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını,onlara aid olan strategiya və proqramlara dair qərarların qəbul olunmasına cəlb olunmasını,əlilliyi olan şəxslərin hüquq və azadlıqlarına tam bərabər şəratdə həyata keşirilməsini,onların şərəf və ləyaqəqtini müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
***

Yaşamaq hüququ ən əsas hüquqdur.Tarix boyunca əlil insanlar “normal insanlar”dan da az dəyərli hesab olunur,az hüquqi imtiyazlara malik qəbul olunurlar.Təəssüflər olsun ki,tez-tez bu hüquqlar pozulur,əsasən də işə qəbul məsələsində bu cür problemlər yaşanır.Əlilliyi olan insanlar üçün hüquqlarının tam təmin edilməsini asanlaşdırmaq məqsədi ilə sosial-iqtisadi,siyasi maraqlar təmin edilməlidir.

Açıq rəqabətli əmək bazarı heç də bütün əlilliyi olan şəxslər üçün əlverişli deyil.BMT-nin əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması üzrə standart qaydalarında göstərilir ki,bütün hallarda qarşıya məqsəd kimi əlilliyi olan şəxslərin açıq əmək bazarında işlə təmin olunması bir məqsəd kimi qarşıya qoyulub.Ölkədə mövcud olan əlillərin yarıdan çoxu əmək qabiliyyəti yaşındadır,deməli təqaüd yaşından aşağıdır,bu da onu sübut edir ki,əlillərin məşğulluq göstəricilərinin səviyyəsi də aşağıdır.Bunun həm obyektiv,həm də subyektiv səbəbləri vardır.

Əlillərin ənək bazarına çıxışını əngəlləyən spesifik problemlər bunlardır:Müvafiq hüquqi bazanın olmaması,iş yerlərində əlilliyi olan insanlar üçün zəruri infrastrukturun yaradılmaması,əliliyi olan insanların iş yerlərinə aid məlumatları əldə edə bilməməsi və bu iş yerlərin məhdud olması,əlilliyi olan şəxslər üçün alternativ məşğulluq sisteminin tam təşəkkül tapmaması,biznesin üzərində olan vəzifələrin effetsizliyi və biznesin stimullaşdırılması üçün nəzərdə tutulan güzəştlərin formal xarakteri,əlilliyi olan şəxslərin əmək bazarına çıxışını qanuvericiliklə məhdudlaşdırılması və s.

Dövlət müəssisələri işlə və müvafiq iş şəraiti ilə təmin olunmasına dair qanunla müəyyən edilmiş tələbləri lazımınca yerinə yetirmirlər.Dövlətin bu istiqamətdə həm tələbkarlığı və məsuliyyəti,həm də nəzarəti qənaətbəxş deyildir. Birmənalı olaraq bu fakt inkarolunmazdır ki,əlillər tərəfindən məhkəmələrdə istər işə qəbulla,istərsə də sosial müdafiələrilə bağlı onlara qarşı olunan ədalətsiz və qərəzli qərarların qəbul edilməsi narahatlıq doğurur.Bu nöqteyi-nəzərdən ölkə rəhbərliyinə,aidiyyatı qurumlara tez-tez şikayətlər getdiyinin,KİV-də müraciətlərin,şikayət yazılarının dərcinin şahidiyik.Təəssüflər olsun ki,bu sahədə hələ də ciddi əməli islahat tədbirlərinin həyata keçirilməsi baş verməyib,bu sahədə adekvat bir addım atılmayıb.

Təəssüflər olsun ki,əlillərin işə qəbul vaxtı onlara münasibət birmənalı xarakter almır,bir çox idarə rəhbərləri,məsuliyyətli şəxslər cəmiyyətin eyni hüquqlu üzvü kimi yanaşmır,onların ictimai həyatda aktiv iştirakını normal qəbul etmir,etik davranış qaydaları ilə yanaşı, həm də bu həssas sosial təbəqəli insanlara qarşı ədalətsiz,qeyri-humanist mövqe aşılamaqla dövlətin qoyduğu qanunları,onların hüquqlarını pozmuş olurlar.Əlillərin hüquqlarının müdafiəsi və sosial təminatı üzrə qanunla müəyyən edilmiş işlərin təşəbbüsçüsü qeyri-hökümət təşkilatları,ictimai birliklər hesab edilsə də əsas təşəbbüskar və cavabdeh əlilin özü olmalıdır.Əlil dövlət orqanlarına müraciət etmədikdə,bir növ laqeydlik göstərəndə, sonradan müraciət etdiyi qurum ona bu qeyri-etik davranışına,laqeydliyinə görə tənqid obyektinə çevrilir.

Doğrudur xarici ölkələrin təcrübəsindən çıxış etsək orada bu məsələlərin məsuliyyətinin əsasən dövlət orqanları tərəfindən çəkildiyinin şahidi olarıq. Əlillər hüquqlarını bilmədiklərindən onlara qarşı haqsızlıq edildiyi zaman öz hüquqlarını müdafiə etməkdə nədənsə çətinlik çəkirtlər.Bəzən də belə olur ki,əlillər hüquqlarının təmin olunmasından xəbərsiz qalır, uzun müddət onlara dövlət tərəfindən nəzərdə tutulmuş intiyazlardan istifadə edə bilmirlər.Bu sahədə cəmiyyətdə gedən maarifləndirmə işinin aşağı səviyyədə olması da az rol oynamır.Müasir dünyamızda əlilliyi olan şəxslərin qarşılaşdığı problemlərin içərisində xüsusi aktuallıq kəsb edən onların ləyaqətli əməyə çıxışının təmin olunmasıdır.Bu hər bir şəxsin,onun ailəsinin rifahını təmin edən amillərdən başlıcasıdır.



Hüquq ədəbiyyatında əmək münasibətləri işçilərin əməyinin təşkili, şərtləri və ödənilməsi ilə əlaqədar yaranan iradəvi sosial münasibətlər kimi müəyyən mülkiyyət formasına əsaslanır.Əmək münasibətləri əmək hüquqi normaları ilə tənzimlənir, o, adətən əvəzli pul-əmtəə münasibətləri kimi xarakterizə olunur.Bu münasibətlərin təşkilati aspekti belə konkretləşir:İşçi və işəgötürən.Onlar arasındakı münasibət hakimiyyət-tabeçilik münasibətləri yaradır.İşəgötürən işçini əmək fəaliyyətini öz istəyinə uyğun şəkildə təşkil etmək, müəssisədaxili intizam qaydalarını təsbit etmək hüquna malikdir.

İşəgötürən əgər qanunvericilk səviyyəsində keçirilən normativ-hüquqi aktları ilə nəzərdə tutulmuş əmək şərtlərini təmin etməyə borcludursa,işçi də ona müvafiq təminatların verilməsini tələb etmək hüququna malikdir.Əlbəttə əlillərin işə qəbulu zamanı bu normativ-hüquqi aktlar çox vaxt pozulur,bunlara əməl olunmur-ələlxüsus işəgötürənlər tərəfindən.O da doğrudur ki,işəgötürənlər tərəfindən işə qəbul zamanı əmək haqqında qanunvericilikdə nəzərdə tutulmayan neqativ hal yaradarsa bu zaman işə qəbul olunan əlilin özünümüdafiyə və sosial tərəfdaşlıq çərçivəsində məhkəmə qaydasında müdafiəsinə təminat vardır.Bəzən bu təminat yerinə yetirilmir,yaxud da burda, bir növ işəgötürənlərin müdafiəsi əsas olur.İşəgötürənin və işə qəbul olmaq istəyən əlilin əmək münasibətlərində əgər ikinci tərəfin hansısa hüququ qorunmasa, onda bu iki subyekt arasında yaranan münaqişənin həlli istiqamətlərində seçim imkanını onun özü seçməli və hüququnun bərpasına səy göstərməlidir.

***

Əlbəttə bu sadalamaları artırmaq mümkündür,ən əsası qanunvericiliyin təkmilləşdirilməsi məsələsidir,buna böyük ehtiyac vardır.Qanun boşluqları nəticəsində əlillərin işə qəbulunda problemlər yaranır.Qanun tələblərinin əksəriyyət hallarda pozulmasının obyektiv səbəbləri məhz burdadır.İşəgötürənlər işə qəbul olmaq istəyən şəxsin əlil olduğunu bildikdə mövcud səbəb və bəhanələrlə onların xahişlərinə laqeydlik göstərirlər.Bunun əsas səbəbləri əlillər üçün bəzi imtiyazların və belə insanların xəstəliklərə tutulma ehtimalının böyük olması ilə bağlıdır.Amma qeyd olunmalıdır ki,Əmək Məcəlləsində əlilliyi olan şəxslər üçün xeyli imtiyazlar nəzərdə tutulur,təəssüflər olsun ki bu imtiyazlar işə qəbulda çox vaxt nəzərə alınmır.

Keçmiş SSRİ-də gənc mütəxissislərin fərdi təyinatı sistemi fəaliyyət göstərirdi.Bu sahədə əlillərin işə qəbulunda da bir qanunauyğunluq var idi,hətta onlar üçün idarələrdə xüsusi iş yerləri yaradılır,onların qabiliyyət və bacarığından istifadə edilirdi.Hər bir cəmiyyət səmərəli məşğulluğu təmin etməkdə maraqlı olmalıdır.Bu baxımdan müstəqil Azərbaycan Respublikası da vətəndaşların konstitision əmək hüquqlarını həyata keçirilməsinə imkan verən siyasət yürütməlidir və bu kontekstdə əlillərin işə qəbuluna da bu cür yanaşma tələb olunur.

Əlillərin əmək bazarına çıxışının asanlaşdırılmasında vətəndaş cəmiyyəti, dövlət yerli özünüidarə orqanlarının birgə səyləri öz müsbət nəticəsini göstərir.Bu baxımından əlillərin əmək bazarına çıxışının təmin edilməsinə vətəndaş cəmiyyətinin fəaliyyəti zəruri xarakter daşıyır. Elə bu yerdəcə qeyd etmək lazımdır ki,son illərdə əlilliyi olan şəxslərlə sosial bərpa yönümlü layihələrin QHT təşkilatları, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq şəratində həyata keçirilməsi kimi müsbət təcrübə əldə edilmişdir.

İşə düzəlməklə bağlı əngəlliklərin aradan qaldırılması üçün prespektivdə görünən bir neçə məsələnin həyata keçirilməsi zərurəti yaranır ki,onlar təxminən bunlardır:Əlilliyi olan şəxslərlə bağlı hüquqi baza təkmilləşdirilməli,onlara öz istedadına görə yaradıcılığını,intellektual və fiziki potensialını reallaşdırmaq imkanı verilməli,açıq bazar şəraitində əlilliyi olan şəxslərin peşə hazırlığı proqramları həyata keçirilməli,məşğulluq imkanları genişləndirməli,onlar üçün informasiya mühiti genişləndirilməli,əlilliyi olan şəxslərin imkanlarının təbliğ olunması barədə məlumtlar artırmalı, yerli,regional ,milli və beynəlxalq səviyyələırdə iştirak edə bilməsi üçün əlverişli mühit yaradılmalı,əlilliyi olan şəxslərlə dövlət orqanları arasında kordinasiyanın ,əlilliyi olan şəxslərlə sağlamlığı məhdud olan uşaqlar üçün proqramlar işlənib hazırlanmalıdır.

Əmək hüqunun sübyektlərindən biri də həmkarlar ittifaqı orqanlarıdır. O orqanların hüquqi vıəziyyəti özünəməxsus spesifik xüsusiyyətlərə malikdir. İşçi və işəgötürənlərdən fərqli olaraq həmkarlar ittifaqı orqanları əmək münasibətinin tərəfi sayılmır.Ancaq buna baxmayaraq əmək münasibətlərinin tənzimlənməsində onların təsiri və rolu kifayət qədər böyükdür. Bunu ona görə xatırlatdıq ki, əlillərin işə qəbulunda bu hüquqi tənzimlənmədən,vasitədən yetərincə istifadə edə bilsinlər.İşə qəbul olmaq istəyən əlillər bilməlidir ki,həmkarlar ittifaqı onların qəbul etdikləri nizamnamə əsasında fəaliyyət göstərirlər və hüquqi şəxslər kimi qeydiyyatdan keçirlər.Bu yerdə bir gileyimizi də bildirək ki,əlilliyi olan şəxslər bu imkanlardan bəzən lazımınca ya istifadə edə bilmirlər,ya da bu qurum onların mənafeyinin müdafiəsində hüquqi tələblər baxımından dayana bilmir.

Vətəndaşların əmək qabilliyyətliliyi onların yaşı ilə müəyyən edilir,bura həm də əlilliyi məsələsini də daxil etmək lazımdır,çünki bu da demək olar işə götürənlər üçün ən vacib şərtlərdən biridir.AR Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar qərarı ilə təsdiq olunmuş “İşsizlərin qeydiyyata alınması Qaydaları”-nın 3.2-ci bəndinə əsasən iş axtaran kimi qeydiyyata alınmış və işsiz statisu hüququna malik olan vətəndaş lazım olan sənədləri təqdim etdikdən sonra ona münasib iş təklif edilmədiyi halda şəhər,rayon məşğulluq mərkəzi 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi və müavinət təyin edilməsi haqqında qərar qəbul edir.

Əmək hüquq münasibətlərinin yaranmasının əsasında əmək müqaviləsi çıxış edir.Əlillərin işə qəbulunda yaranan problemlərdən biri də əmək müqaviləsinin şərtlərinə əməl olunmaması,hüquqi cəhətdən pozğunluğun yaranması,yaxud da ki,hansısa hüquqi tərəflərin nəzərə alınmaması sonradan münaqişə həddinə gətirib çıxara bilir.Ona görə də əlillərin işə qəbulunda buna da diqqət yetirilməsi arzuolunandır.
İşə düzəlmə üzrə hüquq münasibətləri vətəndaşların münasib iş axtarmaları ilə əlaqədar yaranır.Hazırda işə düzəlmə orqanları ilə işə ehtiyacı olan işəgötürənlər arasında hüquq münasibətləri kifayət qədər ətraflı şəkildə tənzimlənmişdir.Dövlət Məşğulliq Xidmətinin sərancamında olan işədüzəltmə orqanları vasitəçilik funksiyalarını yerinə yetirir,amma bir qayda olaraq işəgötürən barəsində inzibati-hüququ səlahiyyətlərə malik olmur.

Səlahiyyətli dövlət orqanları tərəfindən əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət həyata keçirilməsi prosesində işəgötürənlərin hüquqauyğun davranışı təmin edilməlidir.Burada işçilərin əmək hüquqularının qorunması hallarının pozulmamasına yol verilməməlidir.İşə qəbul olunan əlil işçinin işəgötürənlə pozulmuş hüquqların bərpası üçün əmək münasibətinə səlahiyyəti olan ərizə ilə müraciət hüququ və eləcə də həmin orqanların müraciət etmək və qanunvericiliklə ona baxmaq vəzifəsidir.

Bu məqalə Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) “Universial dizayn” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıqla Finladiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Hamı üçün layiqli iş”layihəsi çərçivəsində elan edilmiş müsabiqədə iştirak etmək üçün hazırlanmışdır.



İslam Əsgəroğlu


Xəbər 2140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +