Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


21.10.2021  14:04 

Xətaidə yaşıllıqlar obyektlərlə əvəz olunur - Foto/Video





A+  A-

Paytaxtın Xətai rayon ərazisində yerli icra hakimiyyəti tərəfindən səkilərin, yaşıllıqların ərazisinin satılması keçmiş başçı Razim Məmmədovdan sonra da davam edir.

Xətai İH başçısı Rafiq Quliyev bu özbaşınalıqlara son qoyulması əvəzinə rayonda səkilərin, yaşıllıqların zəbt olunmasına göz yumur.

Bu qanunsuzluqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də dəstəyini əsirgəmir. Hər iki struktur birləşərək Xətainin altını üstünə çevirməkdədir. Bu dəfə parkın içinə, yaşıllıqları bir restoran tikintisinə qurban veriblər. Belə desək, yaxın dövrdə Xətaidə əhalinin istirahəti, gəzməyə park yeri olmayacaq.



XezerNews.az Reportyor.info-ya istinadən xəbər verir ki, təqdim olunan fotolardan da görünür ki, metronun “Əhmədli” stansiyasına yaxın ərazidə ağaclar məhv edilib, obyektlər tikilib, səkilər işğal olunub, bəzi yaşıllıqlar isə mağazaların arasında sıxılıb qalıb, boy ata bilmir. Kadrdan görünür ki, iş adamları Xətai İH-lə dil taparaq bu yerlərdə obyekt tikilməsini davam etdirirlər.



Əfsus ki, icra başçısı Rafiq Quliyev Xətai rayonunda köhnə əyyamı yaşadır, bu da problemləri getdikcə dərinləşdirir. Eyni zamanda Şəhərsalma Komitəsi xəlvətcə bu qanunsuz tikintilərə sərəncam verir. Görünür, korrupsiya faktları ilə məmurların həbsi həmkarlarına ibrət dərsi olmur. Prezident dəfələrlə xəbərdarlıq edib ki, məmurlar qanunsuzluğa yol verəcəksə, bağışlanmayacaq.



Bakının böyük rayonlarından olan Xətaidə isə bu illər ərzində bir qarış da yer qoymayıblar. Həm sabiq, həm indiki başçı rayonu satışa çıxarıb, küçələr, səkilər, yaşıllıqlar peşkəş olunub. Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əraziyə baxış keçiriləcək. Bu barədə saytımıza bildirilib. Qeyd olunub ki, hər hansı ağac kəsimi aşkarlansa, müvafiq qaydada tədbir görüləcək.



Xəbər 1685 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +