Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


13.10.2021  21:03 

Sahil Babayev milyonları belə mənimsəyib





A+  A-

Keçən il müharibənin ən qızğın vaxtında, ard-arda şəhid xəbərləri gələndə, camaat övladının boğazından 20-30 manat kəsib cəbhəyə yardım göndərəndə, Türkiyə diplomatik, siyasi, hərbi istiqamətlərdə tam olaraq Azərbaycanın yanında olanda nazir Sahil Babayev daha çox pul qazanmaq üçün Türkiyə şirkətlərindən imtina edib, Çindən sifarişlər edirmiş?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Özünüməşğulluq proqramı çərçivəsində 2019-da Türkiyədən "Ayzak Mizrak" sifariş edirmiş. Biri zavodda 2600 dollara olsa da, "Aznest QSC" bunu nazirliyə 4735 dollara satırmış. (Fərq: 2135 dollar)

2020-ci ilin oktyabrında, müharibənin qızğın vaxtında "Aznest QSC" həmin avadanlığa oxşar, amma imkanları daha az olan, uyğunluq sertifikatı olmayan avadanlığı Çindən 1200 dollara alıb, nazirliyə isə 4517 dollara satılıb. (Fərq: 3317 dollar)

Bu proqram çərçivəsində 2019-cu ildə 11 milyonluq Türk malının 9 milyon manata qədəri Çinə transfer edilib.

2018-ci ildə Sahil Babayev nazir təyin olunandan bu proqram çərçivəsində bağlanan 7 müqavilənin hamısı (4-ü tendersiz) məhz bu QSC ilə bağlanıb.

Sahil Babayev nazir təyin olunandan 2 ay sonra təsis olunan bu QSC-nın təsisçisi KİV-də Elvin Ramazanov olaraq yayılıb. Tanıyanlar onun Sahil Babayevin kabinetini təmir edən fəhlə olduğunu bildirirlər.

Nazirliyə tabe olan Dövlət Məşğulluq Agentliyi 2019-da "Aznest" QSC və "Agri KON" QSC-yə 16 milyon manatlıq bir dəfə, 34 milyon manatlıq da bir dəfə satınalma edib. Nə "təsadüf"! Hər iki QSC eyni gündə yaradılıblarmış! (28.06.2018 - nazir təyin olunandan 2 ay sonra).

Qiymət təxminən eyni gəlirsə, uyğunluq sertifikatı varsa, nazirin kabinetində fəhlə işləyən adama məxsus olduğu deyilən şirkətə on milyonlarla manatlıq tenderlər verilirsə, malları niyə Türkiyədən yox, Çindən aldıqlarını nazirlik açıqlaya bilərmi?

Görünür, Sahil Babayev "özünüməşğulluq" sözündəki "özünü" hissəsini yanlış anlayıb. Camaata 190 manatı düzgün bölüşdürə bilən sistem qura bilməyib, amma tenderlərdə yaxşı sistem qurulub. Yəqin onun kadrı "190 manatları bitirək, öz işimizə qayıdaq" deyəndə öz işləri kimi bunları nəzərdə tuturmuş.

Bəxtiyar Hacıyev
Azadlıq qəzeti

Xəbər 1830 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +