“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


29.05.2019  18:29 

“Nar” tələbələr üçün mobil şəbəkə gücünü nümayiş etdirdi





A+  A-

“Nar” ölkənin yerli rabitə bazarında gənc mütəxəssislərin yetişməsi məqsədilə, Azərbaycan Texniki Universitetinin (AzTU) magistr pilləsində təhsil alan tələbələr üçün mobil rabitə şəbəkəsilə əyani tanışlıq təlimi təşkil edib.
XəzərNews.az xəbər verir ki, “Nar”-ın texniki heyətinin rəhbərliyi ilə tələbələr, mobil şəbəkə haqqında təlim keçdikdən sonra, şəhərin müxtəlif ərazilərində yerləşən baza və ötürücü stansiyaları, həmçinin şəbəkə nəzarət otağını ziyarət ediblər.

Mühazirələr zamanı tələbələr bütün ölkə üzrə mobil şəbəkənin davamlılığına nəzarət edilməsi, texnoloji yeniliklərin tətbiqi və müştərilərin artan tələbələrini qarşılanması barədə ətraflı öyrəniblər. “Nar”-ın baza və ötürücü stansiyalarını yerində öyrənən tələbələrə, şəbəkə cihazları haqqında məlumat verilib, qurğuların iş prinsipi və təhlükəsizliyə nəzarət mexanizmi öyrədilib.

Tələbələr “Nar”-ın ölkə boyunca fasiləsiz işləyən 1800-dən çox 4G, 2670-dən çox 3G və ümumilikdə 7500-dən çox mobil rabitə stansiyasının işinə nəzarət edən şəbəkə monitorinqi otağını ziyarət edib. 24/7 rejimdə aparılan monitorinq sayəsində “Nar” abunəçiləri yüksək keyfiyyətli zəng və internet xidmətlərindən kəsintisiz istifadə edir.

“Nar”-la bir iş günü keçirən tələbələr yerli rabitə şirkətində əməkdaşlara yaradılan şəraitlə tanış olublar, onları gözləyən peşə imkanlarına və rabitə işinin incəliklərinə bələd olublar. Qeyri-rəsmi görüş zamanı tələbələr onları maraqlandıran sualları birbaşa “Nar” şəbəkənin idarəedicilərindən soruşmaq imkanı əldə ediblər.

Tələbələrin mobil rabitə şəbəkəsi ilə əyani tanışlıq təlimi, “Nar” və AzTU arasında imzalanmış tərəfdaşlıq razılaşması çərçivəsində baş tutmuş növbəti layihədir. Buna qədər “Nar”-ın rabitə mütəxəssisləri Texniki Universitetdə test rabitə mərkəzi və mobil rabitə təlimləri təşkil ediblər. Universitetlə razılaşmanın əsas niyyəti isə rabitə sahəsində gələcəyin yerli peşəkarlarını yetişdirmək və azərbaycanlı tələbələrin məzun olduqdan sonra rabitə bazarında əcnəbi həmkarlarından daha üstün biliyə sahib olmasını təmin etməkdir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Xəbər 1206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +