“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


12.03.2018  16:52 

26 iyunda hərbi parad olacaq?





A+  A-

Qarşıdan Azərbaycan üçün çox önəmli olan tarixi hadisələrin ildönümləri gəlir. Bunlardan mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin, iyunun 26-da isə ordumuzun yaranmasının 100 illiyini xüsusi qeyd etmək olar.
Hər iki mühüm ildönümü ərəfəsində Azərbaycanın hərbi parad keçirə biləcəyi yönündə fikirlər meydana çıxıb. Belə bir paradın təşkil olunacağı ehtimalı da yüksək dəyərləndirilir. Arqument kimi isə ordumuzun yaranmasının 90 və 95 illərində hərbi paradın keçirildiyi göstərilir.

Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi ilə bağlı hərbi parad keçirilə bilərmi?

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, Azərbaycanın dövlət quruculuğunun və müstəqilliyinin 100 illiyi əlamətdar hadisədir:

“Bu, bir tərəfdən Şərq aləmində bir millətin iradəsinin ən yüksək zirvəsinin qeyd olunmasıdır. Digər tərəfdən isə hazırki dünya reallığında müxtəlif təhlükəli proseslərin getdiyini görməkdəyik. Bu da ondan ibarətdir ki, xalqlar, mədəniyyətlər, sivilizasiyalar toqquşdurulur. Burada bir millətin həyat mübarizəsi, ayaq üstə qalması, milli məfkurəsi ön plana çıxır. Avropa məkanında nə qədər sabitliyi görsək də, yerdə qalan qitələrə sanki dövlətləri dağıtmaq prosesini ixrac edirlər. Belə olan təqdirdə bizim milli amallar ətrafında birləşməyimiz xüsusi önəm daşıyır. Hər kəsə bəllidir ki, Azərbaycan 100 il əvvəl dövlətini quranda da, indi də ordu bütün başqa güclərdən önə çıxıb. Yəni hanısısa bir dövlətin başqa sahələrdə nailiyyətləri, fəlsəfəsi çox ola bilər. Amma əlində silah tuta bilən əsgəri, peşəkar zabitləri formalaşa bilmirsə, bir millət özünü qorumağa qadir ola bilmir”.

Deputat qeyd edib ki, müxtəlif illər ərzində, xüsusilə də sovet dövründə Azərbaycan insanlarını kütləvi olaraq müxtəlif inşaat batalyonlarına göndərməklə onların peşəkarlıq keyfiyyətlərinin formalaşmasına zərbə vurublar.

“Bu, mərkəzdən yönləndirilən bir siyasət olub. Bunun nəticəsində də biz 1990-cı illərin Qarabağ savaşında qəfil bir müharibə ilə yaxalandıq və nizami ordu birləşmələrinin formalaşması qeyri-mümkün oldu. Əksinə, əlinə silah götürənlər bir-biriləri ilə münasibətlərini aydınlaşdırmağa çalışdılar. Bizdə yaranan xiyabanlar, orada uyuyan şəhidlərimizin bir hissəsi real döyüş əməliyyatlarından peşəkarlıqla keçə bilmədilər. Pərakəndə dəstələr içərisində onlar qurban getdilər. Biz hələ məsələnin siyasi tərəfini demirik ki, o zaman hakimiyyətlər əllərində olan ordu qüvvələrindən necə istifadə etdilər. Çox təəssüflər olsun ki, bu, mənfi miras kimi qalıb. Amma artıq Azərbaycan Ordusu formalaşıb. Və biz deyirik ki, Cümhuriyyət dövründə qurullmuş silahlı qüvvələrin varisidir. İndi isə artıq prezident İlham Əliyev bütün siyasi həyatında silahlı qüvvələrə istinad edir, onlara güvənir, beynəlxalq aləmdə ölkəmizin gücünü artırmaq üçün maksimum dərəcədə yararlanmağa çalışır”.

Zahid Oruc hesab edir ki, Azərbaycanda dövlət müstəqilliyinin qeyd olunması tədbirləri sırasında 28 May daha əlamətdar tədbirlərlə yadda qalacaqsa, 26 İyunda isə hərbi paradın keçirilməsi yerində olardı.

“Deyirdilər ki, qeyri-demokratik dövlətlərdə belə tədbirləri keçirirlər. Artıq ABŞ prezidenti Donal Tramp tərəfindən də bəyanatlar verilib ki, onlar da bu istiqamətdə addımlar atacaqlar. Gücün nümayişi baxımından bu çox əhəmiyyətlidir. Ona görə də ölkəmizin, iqtisadi, ictimai, siyasi həyatında ən son birləşdiyi nöqtə hərbi qüvvələrdir. Keçirilən parad cəmiyyətə yaxşı mesaj verir, nikbinlik yaradır, güvənc doğurur. Qarşı cinah isə bunu təhlükə kimi qarşılayır. Onu da qeyd edim ki, Azərbaycanda keçirilən ötən hərbi paraddan da müəyyən bir dövr keçib. Biz 26 İyunda Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyini qeyd edəcəyik. Ona görə də mən parlament üzvü kimi bu təşəbbüslə çıxış edirəm ki, bu tarixdə hərbi paradın keçirilməsi, mühüm, siyasi, təhlükəsizlik və ictimai məna daşıyır. Mən bu məsələni növbəti iclasda parlament müstəvisində də qaldıracam”.

Xəbər 2156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +