Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?


20.03.2022  12:02 

Hava durumu açıqlandı: Bütün ölkədə qar...





A+  A-

Milli Hidrometeorologiya Xidmətinin martın 20-si saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb və qar örtüyü əmələ gəlib. Abşeron yarımadasının bəzi yerlərində səhər saatlarında sulu qar yağıb.

XəzərNews.az Xidmətə istinadən xəbər verir ki, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 74, Altıağac, Xaltan, Şahdağda 41, Lerikdə 40, Kişçayda (Şəki) 35, Ağdərədə (Ordubad) 32, Qrızda 24, Daşkəsən, Qusarda 13, Qubada 10, Göygöldə 8, Şahbuzda 6, Şərurda 2 santimetr olub.

Düşən yağıntının miqdarı Lənkəranda 29, Astarada 22, Lerikdə 20, Beyləqanda 17, Göytəpədə 12, Ağdərədə (Ordubad) 11, Qusarda 10, Qubada 7, Ağdamda 6, Xaçmaz, Xaltan, Şabran, Şahdağ, Qrızda 5, Tərtər, Altıağac, Şahbuzda 4, Salyan, Biləsuvar, Kişçay (Şəki), Balakəndə 2 millimetr, Naxçıvan, Şərur, Naftalan, Gəncə, Zaqatala, Şəki, Şamaxı, Bərdə, Yevlax, Neftçalada 1 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 2, Sumqayıtda 0.3 millimetr olub.

Qərb küləyinin sürəti Gəncədə saniyədə 28, Hacıqabulda 24, Şamaxıda 23, Naftalanda 22, Ağstafa, Culfa, Neftçala, Sabirabad, Tovuzda 20, Şirvan, Ağdərə (Ordubad), Naxçıvan, Salyan, Cəfərxanda 18, Culfa, Biləsuvarda 16, Bakıda və Abşeron yarımadasında 17 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-4 dərəcə isti, Naxçıvan Muxtar Respublikasında 10 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta, aran rayonlarında 5 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 26-dək davam edəcək.

Xəbər 2057 dəfə oxunub.




14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +