Aktrisa da dərmanların bahalığından şikayətləndi
Nazir müavini vəzifəsindən azad olundu
Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü
Bu xəritəyə diqqətlə baxın, azərbaycanlılar...
“Bəyaz”da saxta içkilər aşkarlandı
Britaniya və Fransa Ukraynaya qoşun yeridir?
Rafael Ağayev vəzifəsindən istefa verəcək -VİDEO


02.07.2022  22:29 

Özbəkistanı da qarışdırmaq istədilər...





A+  A-

Lakin iğtişaş törədənlər dərhal tutuldu, Özbəkistan prezidenti Şavkat Mirziyoyev həm təcili surətdə ötən gün (iyulun 1-də) iğtişaşların baş verdiyi Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə yollandı, həm də ölkə Konstitusiyasında Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrə dəyişikliyin etirazlara səbəb olmasına görə onları olduğu kimi saxlamaq barədə qərar verdi.

Bu Şavkat Mirziyoyev tərəfindən olaya çox çevik və düzgün reaksiyadır. Zatən Qaraqalpaqıstanı Özbəkistandan ayırmaq istəyən qarı düşmən - Rusiya marıqda dayanmışdı, hərəkətə keçmək üçün əlverişli məqam gözləyirdi.

Gürcüstanı, Moldovanı, Ukraynanı separatçı qüvvələrin əliylə parçalayan, Qazaxıstanın ərazilərinə göz dikən Putin Rusiyası indi də Özbəkistanın ərazi bütövlüyünü separatçıların hədəfinə gətirib, Moskvadan asılı olmaq istəməyən Mirziyoyevi bu yolla cəzalandırmaq istəyirdi.

Yəni ki, Xoca Nəsrəddin demişkən, dava "yorğan davası" idi.

Lakin Mirziyoyev olaya dərhal əl qoymaqla Putini bu şansdan, bu imkandan məhrum etdi.

Bildiyimiz kimi Özbəkistan prezidentinin təşəbbüsü ilə bu yaxınlarda ölkə Konstitusiyasının dəyişdirilməsi məqsədilə referendum keçiriləcək. Dəyişikliklərə əsasən, yeni Konstitusiyada Özbəkistanın tərkibində mövcud olan Qaraqalpaqıstan Muxtar Respublikasının suverenlik statusunun dəyişdirilməsi və onun Özbəkistanın tərkibindən çıxmaq hüququnun ləğv edilməsi planlaşdırılırdı.

Mirziyoyevi bu dəyişikliyə getməyə vadar edən əsas səbəb Rusiya amilidir. Çünki son vaxtlar Rusiya mediasında Qaraqalpaqıstanın keçən əsrin 30-cu illərində Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) tərkibində olması barədə yazılar tirajlanır. Rusiyalı ekspertlər Qaraqalpaqıstanı hətta “Özbəkistanın Krımı” kimi təqdim etməkdən belə çəkinmirlər.

Bütün bunlar isə birbaşa Özbəkistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş ciddi təhdid sayılır. Mirziyoyev də ölkəsini məhz Rusiyanın mümkün təhdidlərindən, separatçılıq tendensiyalarının baş qaldırmasından qorumaq, sığortalamaq üçün Ana Yasada məlum dəyişiklikləri gerçəkləşdirmək istəyirdi.

Lakin gizli qüvvələr Mirziyoyevin bu planını önləmək, əngəlləmək məqsədilə Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərində tez-tələsik icazəsiz aksiya keçirib iğtişaş törətməyə cəhd göstərdilər.

İğtişaşçılar muxtar respublikanın hakimiyyət orqanlarını ələ keçirməyə cəhd göstəriblər. Ancaq onların bu cəhdlərinin qarşısı güc strukturları tərəfindən dərhal alınıb.

Qaraqalpaq Muxtar Respublikasının Parlamenti, hökuməti və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, iğtişaşı törədən şəxslər saxlanılıb. Onların əksəriyyəti iğtişaşların bilavasitə təşkilatçılarıdır. Çox güman ki, həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb ediləcək.

Beləliklə, Qaraqalpaqıstanın gələcək taleyi ilə bağlı Özbəkistan Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə qarşı çıxaraq qanunsuz nümayişlər keçirən Nukus şəhərinin sakinlərinin iğtişaş təşkilatçılarının sonrakı təxribatlarının iştirakçılarına çevrilməsinin qarşısı alınıb.

Eyni zamanda qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində baş verdiyi bildirilib.

Bir sözlə, böyük bir təxribatın qarşısını vaxtında almaq mümkün oldu. Əgər olaya operativ müdaxilə edilməsəydi, çox güman ki, bu ilin yanvarında Qazaxıstanda baş verən məlum hadisələr bir qədər başqa "ssenari" ilə Özbəkistanda (Qaraqalpaqıstanda) da təkrarlana bilərdi.

Bax buna deyirlər heç nədən gərginlik ocağı yaratmaq və yaxud, "stəkanda fırtına törətmək".

Qeyd edim ki, Qaraqalpaqda əvvəllər heç vaxt buna bənzər situasiyalar yaşanmayıb. Ümumiyyətlə, qaraqalpaqlar separatçılığa meylli toplum deyil. Və onlar özbəklərlə daim birgə, dinc ortamda yaşayıblar. Lakin görünür ki, biriləri qaşınmayan yerdən zorla qan çıxarmağa can atır...

Bəybala Mirzəyev

Xəbər 1738 dəfə oxunub.




15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib


BÜTÜN XƏBƏRLƏR +