Aktrisa da dərmanların bahalığından şikayətləndi
Nazir müavini vəzifəsindən azad olundu
Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü
Bu xəritəyə diqqətlə baxın, azərbaycanlılar...
“Bəyaz”da saxta içkilər aşkarlandı
Britaniya və Fransa Ukraynaya qoşun yeridir?
Rafael Ağayev vəzifəsindən istefa verəcək -VİDEO


10.06.2022  15:08 

Yekə Pyotrun kiçik ardıcılı – Putin Ulan-Batorda niyə ağlamışdı?





A+  A-

Rus siyasilər, politoloqlar, özlərini ziyalı elan edən adamlar Rusiyanın Ukraynaya hücumuna getdikcə daha açıq mətnlə şərhlər verir, bu antibəşəri cinayəti “bizim olanı qaytarmaq və möhkəmlənmək” planı adlandırırlar.

Bu zaman onların bəziləri I Pyotra (tarixdə daha iki adla qalıb: “Böyük Pyotr” və “Dəli Petro”) istinad edir, onun “slavyanlar yaşayan torpaqları” İsveçdən və Finlandiyadan geri aldığını, yerində Sankt-Peterburq şəhərini tikdiyini qürrə ilə deyirlər.

İddia belədir ki, I Pyotr yalnız ruslara aid olanı geri alıb, bərpa edib. Bunu artıq Putin özü də deyib və onun əlaltılar hesab edir ki, indi Pyotrun “təvazökar ardıcılı Putin” də eyni işi görür.

40-50, hətta 60-70 il öncə Avropada heç kəs düşünməzdi ki, vaxt gələcək, böyük müharibələrdən keçmiş qüdrətli dövlətlər dünyanın yenidən bölüşdürülməsi, sərhədlərin dəyişdirilməsi, BMT üzvü olan dövlətin açıq-aşkar işğala məruz qoyulması kimi avantüralara gedəcəklər.

II dünya müharibəsindən sonra “qoca qitə”nin siyasi dairələrində belə bir qənaət möhkəmlənmişdi ki, Avropa bir daha müharibə görməyəcək, artıq daşlar yerinə oturub, müstəqillik qazanmalı olan xalqlar qazanıb, kimin sərhədi haradan keçməliydisə, oradan keçir, bundan sonra yalnız sabitlik, inkişaf, tərəqqi olacaq.

Heç demə, arxivlərdə I Pyotrun vəsiyyətnaməsi, qoyub getdiyi “yol xəritəsi” və onu əldə rəhbər tutanlar varmış.

Həmin “yol xəritəsi”ni əsas götürərək Rusiyanın sərhədlərini maksimuma qədər böyüdən Vladimir Lenindən sonra bu “tarixi missiya”nı Leninlə eyni adı daşıyan, soyadı cəmi 3 hərflə fərqlənən Putin öz üzərinə götürəcəkmiş.

Görünür, irticaçı ideologiyası və heç bir dəftər-kitaba sığmayan “qırmızı terror”u ilə ötən əsrə damğasını vuran Leninə rus cəmiyyətindəki rəğbət, onun nəşinin hələ də xüsusi mavzoleydə qorunub saxlanması onun rus dövlətinin böyüməsindəki roluna ehtiram əlamətidir.

335 ildir “böyük dövlət” qurmaq istəyən, bu yolda milyonlarla insan qurban verən, iki o qədər insanı qətlə yetirən rus başbilənləri dünya tarixinin ərazicə ən böyük dövlətini qursalar da, özlərinə 5 qitənin 4-də vassalar yaratsalar da, hərbi bazalar, bastionlar qursalar da, fakt budur: onlar firavan və ədalətli dövlət qura bilməyiblər.

Bu dövlətin ərazisində yaşayan xalqlar 330 il əvvəl necə bədbəxt və zəlil gündəydilərsə, hələ də elədirlər. Ruslar, tatarlar, başqırdlar, udmurtlar, xakaslar, kalmıklar, yüzlərlə başqa, kiçik xalqların təmsilçiləri 300, 200, 100, 50, 25 il öncə necə gələcəkdə xoş gün görəcəklərinə ümid bəsləyə-bəsləyə yaşayırdılarsa, hələ də həmin ümidə köklənərək ömür sürürlər.

“Böyük dövlət qurmaq”, “bizim olanı geri qaytarmaq”, “əzəmətli imperiyanın sərhədlərini bərpa etmək” nağılları və avantürası isə davam edir.

Yaxşı ki, keçmişdə böyük imperiyalara sahib olmuş, hazırda da qüdrətli dövlətləri idarə edən çoxsaylı xalqlar öz “tarixi əzəmət”lərini bərpa etmək üçün ruslar kimi aktiv hərbi əməliyyatlara başlamırlar. Yoxsa onsuz da qan çanağına dönmüş dünyada müharibə getməyən çayarası qalmazdı.

Bunun dünyanın 225 ölkə və vilayətində müstəmləkəsi olan fransızları var, Koreyadan Macarıstana qədər on min kilometrlərlə uzanan əraziyə nəzarət edən monqol-tatarları var, bir neçə əsr boyunca dünyaya sözün əsl mənasında hökmranlıq edən ingilisləri, okean adlayıb qitə fəth edən ispanları, Yaxın Şərqdə və Avropanın bir hissəsində imperiya qurmuş türkləri var. Hələ portuqallar, hollandlar, Orta və Ön Asiyada əsrlərlə hökmranlıq edən özbəklər, indiki Hndistanı, Pakistanı, Əfqanıstanı işğal edən səfəvilər...

Bütün keçmiş imperiyaların müasir varisləri öz “tarixi ərazi”lərini hərbi qüvvəylə, silahla, zorla bərpa etməyə çalışsalar, necə olar? Heç cür olmaz. Hələlik yalnız ruslar bu niyyətdədir. O biriləri öz qüdrətlərini yeni vasitələrlə (pul-para, investisiya, sərfəli ticarət) qoruyub saxlamağa çalışırlar.

8 il öncə Rusiya prezidenti Vladimir Putin Monqolustanda, Xalxin-Qolda marşal Jukovun abidəsinin açılışında iştirak etmək uçün Ulan-Batora gedərkən yüksək təntənə ilə qarşılanmışdı. Böyük dövləti təmsil edən yüksək ranqlı qonağın şərəfinə hərbi qarovul düzülmüşdü, orkestr marş çalırdı, monqol liderlər Putinin önündə mil kimi dayanmışdılar.

Rusiyanın himni çalınanda Putin ağlamağa başladı. Saxlaya bilmədiyi göz yaşları onun yanağına süzülürdü.

O zaman əməkdaşlarımızdan biri bu mənzərəyə işarə edərək dedi: “Bilirsiniz, bu niyə ağlayır? Ona görə ağlayır ki, monqolların onun xalqını 300 il əsarətdə saxladığını bilir və indi düşünür ki, Allah qismət elədi, hamısı bir rus oğlunun qarşısında mil dayandı”.

Həmin vaxt Putinin ürəyindən keçənləri, söz yox ki, yalnız özü bilərdi, amma mənzərədən çıxan təəssürat beləydi.

İndi bütöv ölkələrə zülm edən, yüzlərlə xalqı əsarətdə saxlayan, hətta müstəqillik qazanmış, dövlət qurmuş xalqları belə rahat buraxmayan ruslara baxır və düşünürsən ki, vaxt gələcək, onlar da monqollar kimi öz dövlətlərinin sərhədləri daxilinə yığışacaqlar və heç kəslə işləri olmayacaq.

Xalid Kazımlı

Xəbər 1969 dəfə oxunub.




15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib


BÜTÜN XƏBƏRLƏR +