Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto


31.07.2017  11:58 

“Bu, rus bölməsi üzrə imtahan verən abturiyentlərə qarşı haqsızlıqdır”





A+  A-

Xəbər verdiyimiz kimi müsabiqə şərtlərinə görə I-II-III-IV ixtisas qrupu üzrə müəyyən ali məktəblərin ixtisaslarına ümumi balı 150-dən çox olan abituriyent buraxılıb. Bu şərtlər ancaq Azərbaycan bölməsi üzrə təhsil alanlara şamil edilir. Rus bölməsi üzrə təhsil alanlar bu şərtlərdən kənarda qalıb.
Məsələnin ciddiliyini nəzərə alan təhsil eksperti Kamran Əsədov bu cür halın rus bölməsi üzrə təhsil alan abituriyentlərə şamil edilməməsini haqsızlıq hesab edir.

Ekspert XəzərNews.az-a açıqlamasında bunu doğru hesab etməyib.
“ Artıq 2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları başa çatıb. 29 iyul-10 avqust tarixlərində isə qəbul imtahanlarında topladıqları ballar müsabiqə şərtlərini ödəyən abituriyentlər ixtisas seçimi etməlidir. Məlum olduğu kimi, DİM öncədən israrla elan etdiyi müsabiqə şərtlərini dəyişdi və proqnozu özünü doğrultmadı.
Yeni Belə ki, I ixtisas qrupu üzrə 30, II ixtisas qrupu üzrə 32, III ixtisas qrupu üzrə 9, IV ixtisas qrupu üzrə 9 ixtisasa 150 bal toplayan abituriyentlərə icazə verilir ki, elektron ərizə təqdim etsinlər.
Lakin bu yalnız Azərbaycan bölməsinin abituriyentlərinə şamil olunur.
Halbuki, DİM özünün 20 iyulda çap etdirdiyi və abituriyentlərin ixtisas seçimi etdiyi abituriyent 4 jurnalının rus bölməsi üzrə olanının səhifə 2 və 3-də rus bölməsinin abituriyentləri üçün də bu universitetlərin adını, ixtisasını qeyd edib. Lakin abituriyent 4-ün əvvəlində cədvəldə rus bölməsinin abituriyentlərinə də seçim imkanı verildiyi göstərilsə də, jurnalın içində belə universitet və ixtisaslar yoxdur. Yalnız Rus bölməsi I ixtisas qrupda 8, II ixtisas qrupunda 7 ixtisası seçə bilər. Lakin III və IV qrupların 150 bal toplayan abituriyentlər üçün heç bir ixtisas seçimi yoxdur. Baxmayaraq ki, abituriyen 4 jurnalının əvvəlində bu qeyd olunur”.

Ekspertin sözlərinə görə, Azərbaycan bölməsinin 150 bal toplayan abituriyentləri IV qrup üzrə 80-ə yaxın ixtisas seçimi edə bildiyi halda rus bölməsi yalnız IV qrup üzrə 15 ixtisas seçimi edə bilər.

“Rus bölməsi III və IV qrup isə 150 balla heç bir seçim edə bilmir.
Hesab edirəm ki, 150 balla ixtisas seçimi edilməyə icazə verilən ixtisaslara necə ki, bal məhdudiyyəti tətbiq olunmur, vəziyyətdən çıxış yolu kimi bölmə məhdudiyyət qoyulmamalıdır və ya rus bölməsi üzrə də abituriyentlərin ixtisas seçimi edə biləcəyi yerlər açmaq lazımdır”.

Xəbər 1434 dəfə oxunub.



14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +