Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto


08.03.2017  10:54 

8 Mart hansı ölkədə necə qeyd edilir? - MARAQLI





A+  A-

8 mart qadınlar bayramının tarixi Amerika Birləşmiş Ştatları ilə bağlıdır. Belə ki, 1857-ci ilin martın 8-də Nyu-Yorkda tikiş fabrikində çalışan qadınlar boş qazan götürərək küçələrə çıxıb etiraz aksiyası keçiriblər. Onların əsas tələbi 16 saatlıq iş gününün azaldılması, əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması olub. Digər mənbələrdə bu hadisə öz təsdiqini tapmasa da, dünya ölkələri 8 mart gününü qadınlar bayramı kimi qeyd edir.
XəzərNews.az bildirir ki, Modern.az-ın məlumatına görə, Fransada 8 mart qadınlar günü bir o qədər də dəbdəbəli şəkildə qeyd olunmur. Fransızların xanımlarla bağlı əsas bayramı martın 7-də keçirilir. "Nənələr bayramı" adlandırılan bu gündə bəylər öz xanımlarını hədiyyələrlə sevindirirlər.

İsveçdə qadınlar bayramı günündə xanımlara bəxş olunan əsas hədiyyə gül və yaylıqdır. Məhz 8 mart günündə bu hədiyyələrdən əldə olunan gəlir ölkədəki çoxuşaqlı anaların hesabına köçürülür.

İtaliyada xanımlar öz bayramlarını xüsusi təntənə ilə keçirirlər. Belə ki, italiyalı xanımlar 8 mart günü axşama qədər kişiləri özlərinə yaxın buraxmırlar. Onlar müxtəlif əyləncə məkanlarında yaxşıca istirahət etdikdən sonra axşam əsasən kişilərin toplaşdığı barlara təşrif buyururlar. Həmin gün barlara giriş xanımlar üçün pulsuz olur.

Yunanstanda "Babos" adlandırılan qadınlar bayramında gün ərzində bütün külli-ixtiyar xanımlara verilir. Ənənəyə görə bayram günündə müvəqqəti səlahiyyətə sahib olan xanımlar öz sevgililərini və həyat yoldaşlarını su şırnağına tuturlar.

Çində 8 mart qadınlar bayramı daha maraqlı qeyd olunur. Bayram günü qadınlar üçün qeyri-iş günü sayılır. Kişilər isə həmin gün həmişə olduğu kimi işə gedirlər. Ancaq kişilərin işi bununla bitmir. Bayram günündə bütün mətbəx işləri, ən başlıcası isə xörək hazırlamaq bəylərin birbaşa vəzivəsi və borcu sayılır.

Tacikstanda 8 mart günü ölkə başçısının sərəncamı ilə rəsmi olaraq "Analar günü" kimi qeyd edilir. Qeyri-iş günü sayılan bayram zəngin süfrə və hədiyyələrlə müşaiyət olunur.

Qadınlar bayramı Rusiyada da böyük təmtəraqla keçirilir. Restoranlar və əyləncə mərkəzləri martın 8-də xanımların hesabına kifayət qədər böyük gəlir əldə edir.

Dünyanın ən gözəl xanımları yaşayan Azərbaycanda da 8 mart Beynəlxalq Qadınlar günü təntənə ilə qeyd olunur. Bayram günündə Azərbaycan kişiləri sevgilərini, ehtiramlarını və hədiyyələrini öz xanımlarına ərməğan edirlər.

Bayramınız mübarək dəyərli və sevimli xanımlar!


Xəbər 2947 dəfə oxunub.




14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +