Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto


07.03.2017  14:50 

Əflatun Amaşov Ombdusmanı tənqid etdi





A+  A-

“Hesab edirəm ki, insan hüquqları üzrə müvəkkilin 2016-cı il üçün hesabatı qənaətbəxşdir. Hesabatdanda göründüyü kimi Ombudsman üzərinə düşən bütün sahələrdə fəaliyyət göstərib”.
XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

“İnsan hüquqları üzrə müvəkkilin fikir və söz azadlığı, insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin xeyli hissəsində Mətbuat Şurası da yaxından iştirak edib. Ombudsman ümumən fəaliyyətini media ilə sıx əməkdaşlıq şaraitində qurub, buna görə də hesabarı qəbul etmək olar. Amma bununla bağlı bəzi qeydlərim var.

Məlumdur ki, 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” qanunda İnformasiya məsələləri üzrə Ombudsman təsissatının yaradılması nəzərədə tutulub. Onun Milli Məclisdə 3 namizəd arasında seçilməsi, hər cari ildə ən geci 3 il ərzində Milli Məclisə hesabat təqdim etməsi vurğulanır. Hesabtda isə il ərzində görüşmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər halllara dair məlumatlar, habelə Ombudsmanın rəy və təklifi öz əksini tapmalı idi. Lakin sonradan, yəni 2010-cu ildə Konstitusiya qanununa təklif olunan əlavə və dəyişikliklər nəticəsində “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətləri insan hüquqları üzrə müvəkkilə verildi.

Ancaq dəyişiklikdən ötən 7 il müddətində mövcud istiqamətdə əməli iş görülməyib. Məndə olan məlumata görə, bu müddətdə ayrıca ştat cədvəli də müəyyənləşməyib. Ancaq qeyd etdiyim kimi, informasiya məsələləri üzrə Ombudsman təsisatının işi heç də sıradan məsələ deyil. Vaxt keçir, təklif edirəm ki, mövcud sahədə əməli iş görülsün. Əgər bu mümkün deyilsə, informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması məsələsi gündəmə gətirilsin. Çünki bu təsisat informasiyalı cəmiyyət ümumən demokatik cəmiyyət quruculuğu üçün son dərəcə vacibdir. İstərdim ki, məsələyə həssas yanaşılsın”.

Xəbər 2350 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +