Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto


07.03.2017  14:18 

“Müəyyən yerlərə qaz verirlər, amma gizlədirlər” - Deputatdan ağır ittihamlar





A+  A-

""Azəriqaz” İstehsalat Birliyinin özəlləşməsinin vaxtı çatıb”.
XəzərNews.az xəbər verir ki, bunu BakiPost.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Azəriqaz” İstehsalat Birliyinin 2016-cı il ərzində 144,4 milyon kub metr təbii qazı itkiyə verməsi ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, 144,4 milyon kub metr təbii qaz çox böyük itkidir: "İndiki zaman üçün bu qədər itki çoxdur. Ümumiyyətlə, "Azəriqaz” İstehsalat Birliyi itkilərin harada olması ilə əlaqədar müəyyən işlər görməlidir. Bu itkilər boru xəttində ola bilər. Həmçinin ola bilər ki, itkilər başqa yerlərdə olsun. Məsələn, təbii qaz Bakının kəndlərində müəyyən şitilliklər və sahələr var ki, oralara verilir. Amma yazmırlar. Əvvəlki variantlardan istifadə edirlər. Yəni bu, araşdırılmalı məsələdir. Çünki itki həddindən artıq böyükdür. Bu qədər itki ola bilməz”.

Deputat "Azəriqaz”ın özəlləşdirilməli olduğunu düşünür: """Azəriqaz”la bağlı problemlər çoxdur. Hesab edirəm ki, birliyin özəlləşdirilməsinin vaxtı gəlib çatıb. Çünki özəl şirkətlər insanlara yaxşı qulluq etməkdə maraqlı olur. Amma "Azəriqaz” İstehsalat Birliyi dövlət şirkəti olduğu üçün marağı da azdır. Bu qədər də itkisi var. Özəl şirkət olsaydı, belə itkiyə yol verməzdi”.

Vahid Əhmədov bu qış qazla bağlı xeyli problemlər yaşandığını xatırladıb: "Bu problemlər həm paytaxt Bakıda, həm də rayonlarda baş verib.

Bildiyiniz kimi ölkədə qazlaşma prosesi gedir. Amma son vaxtlar bu proses zəifləyib. Məsələn, Quba rayonunda təxminən 50 faizə yaxın qazlaşma var. Kəndlərin çoxunda qazlaşma yoxdur. Göründüyü kimi "Azəriqaz” İstehsalat Birliyi ilə əlaqədar problemlər çoxdur. Bunun da çıxış yolunu həmin sistemin özəlləşməsində görürəm”.

Xəbər 2362 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +