Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto


07.03.2017  14:10 

Ombudsmana SƏRT tənqid: “Tərif dolu bu hesabat nəyə lazımdır?!“





A+  A-

“Bir qədər tənqidi fikirlərim var. İnsan haqları üzrə müvəkkilin hansı həddə qədər olduğunu hər birimiz bilirik. Təəssüflər olsun ki, ombudsmanın hesabatı şablon ifadələrdən ibarətdir və sanki sovet zamanındakı çıxışları xatırladır”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinə münasibət bildirərkən deyib. O bildirib ki, icra başçılarından gələn şikayətləri araşdırmaq lazımdır.

“Elmira xanım, bu qədər konyukturaçı olmaq lazım deyil. Nəyə lazımdır axı, ancaq tərif dolu hesabat?! Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Komitəsinin rəisi Mədət Quliyev dedi ki, 950-dən çox Azərbaycan vətəndaşı İraqda, Suriyada ekstremist təşkilatların tərkibində döyüşür. Bəs nədir onları Azərbaycandan uzaqlaşdıran? Hesabatda niyə bunlardan danışılmır?”.

Zahid Oruc qeyd edib ki, hesabatda kredit borcları üzərində məhkəmə çəkişmələri haqqında məsələlərin olmaması xoş deyil.
“Nəyə görə axı bunlar qeyd olunmur? Bununla yanaşı, Azərbaycanın Baş Prokurorluğunda “MTN işi” ilə bağlı istintaq tədbirləri görülür. Amma bunlar hesabatda qeyd olunmayıb. Niyə bunları deməli deyilik?! Narkotik vasitələrin hansı mənbələrdən gəldiyi bəllidir”.

Deputat Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun polislərin plan doldurması ilə bağlı dediklərinə də toxunub.

“Bu, həm də prokurorluq orqanlarına ittihamdır. Bundan başqa, məhkəmələr özü də müstəqil olmalıdır axı. Kimlərəsə qondarma ittihamlar irəli sürülübsə, məhkəmə qərar verib onları azadlığa buraxmalıdır”.

Qeyd edək ki, Şahin Yusifov Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağında deyib ki, Azərbaycanda həbs olunanlardan 7 nəfərdən biri Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham olunur. O bildirib ki, hakimlər bu cür məsələlərdə diqqətli olmalıdır.

"Ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Bu gün azadlıqdan məhrumetmə cəzası çəkənlərin 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir. Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur. Üç gün əvvəl 65 məhkum bizə müraciət edib. Onlar da fərmanları oxuyur, görürlər ki, prezidentin mövqeyi məhkumların vəziyyətinin humanistləşməsinə yönəlib. Onlar xahiş edir ki, azad olunmalarına yardım göstərilsin. Bəziləri bildirir ki, qanunsuz yerə məhkum olunublar. Biz də baxılmış işləri təhlil edəndə, görürük ki, polislər yenə də plan doldurmaqla məşğuldur. Cinayət təqibi orqanlarını başa salmalıyıq ki, belə olmaz. Narkomandırsa, narkotik dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb olunsun. Əgər əvvəllər dəfələrlə məhkum olunubsa və həmişə “kalpak” altında saxlanılırsa ki, lazım olanda həbs olunsun, bu düzgün deyil. Hakimlər buna diqqətlə yanaşmalıdır. Qanunsuz azadlıqdan məhrum etmə hallarına yol verilməməlidir. Əvvəlki illərlə müqayisədə bu məsələdə müəyyən dönüş var. Bəraət hökmləri var və bu alqışa layiqdir. Lakin hakimlər hər zaman cəsarətli olmur. Qanunsuz, əsassız hökm çıxarmaq olmaz. Hökm əsaslı çıxarılmalıdır".


Xəbər 3895 dəfə oxunub.




14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +