06.02.2017 13:11
Zabrat gölündə suyun səviyyəsi yenidən qalxıb.
Nəticədə ətraf əraziləri, Kürdəxanı yolunu və evləri su basıb. Sakinlərin sözlərinə görə, gölün axıdılma mənbəyi olmadığı üçün hər dəfə problemlə üzləşirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində Geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov açıqlamasında bildirib ki, gölün qidalanması atmosfer yağıntıları və qrunt suları hesabına formalaşır: “Son günlər əraziyə düşən atmosfer yağıntıları səbəbindən gölün səviyyəsinin qalxması müşahidə olunur. Gölün qidalanma yeri var, ancaq boşalma sahəsi yoxdur. Göl ətrafında əhalinin məskunlaşması, yeni tikililərin salınması və mərkəzləşmiş kanalizasiya sisteminin olmaması səbəbindən sakinlər primitiv üsullardan istifadə edirlər. Onlar öz həyətlərində şambolar qazırlar, təsərrüfat və məişət suları birbaşa şambolara axıdılır. Bu da qrunt sularının səviyyəsinin qalxmasına gətirib çıxarır. Buna görə də gölün səviyyəsinin qalxması müşahidə olunur. Hətta Kürdəxanı istiqamətində yolun üstündən də su axdığının şahidi oluruq”.
Sabunçu rayon icra hakimiyyətinin Zabrat qəsəbəsi üzrə nümayəndəsi Azər Süleymanov isə problemlə bağlı “Qafqazinfo”ya deyib ki, Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişaf layihəsi proqramı çərçivəsində Bakı şəhərinin ətrafında olan göllərin təmizlənməsi məsələsi yer alıb: “Zabrat gölü böyük bir göldür. Göl iki rayonun arasındadır. Problemli məsələdir. Gölün səviyyəsi qalxıb. Bununla bağlı məsələ qaldırılıb, həll olunması istiqamətində qərar gözlənilir. İlk növbədə, gölün səviyyəsini salmaq üçün onun axıldılma mənbəyi müəyyənləşməlidir”.
(qafqazinfo.az)
|
31.01.2025 00:07
30.01.2025 17:28
30.01.2025 17:18
30.01.2025 17:05
30.01.2025 16:55
500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
30.01.2025 16:13
30.01.2025 16:03
Uşaqlar valideynlərinin razılığı olmadan adlarını dəyişə biləcəklər?
30.01.2025 15:48
30.01.2025 15:37
30.01.2025 15:28
30.01.2025 15:03
30.01.2025 15:00
30.01.2025 14:55
30.01.2025 14:50
30.01.2025 14:05
30.01.2025 13:33
30.01.2025 13:30
30.01.2025 13:21
30.01.2025 13:16
30.01.2025 13:12
30.01.2025 13:08
30.01.2025 13:02
30.01.2025 12:59
30.01.2025 12:56
30.01.2025 12:46
30.01.2025 12:37
30.01.2025 12:32
30.01.2025 12:26
30.01.2025 11:59
30.01.2025 11:55
30.01.2025 11:51
30.01.2025 11:27
30.01.2025 11:24