Narkotikin təsiri altında olan sürücü saxlanıldı - VİDEO
Hikmət Hacıyevdən Paşinyana CAVAB
İcra hakimiyyətləri benzinə nə qədər pul xərcləyirlər?
“Oğlum xəstə idisə, klinikada necə video çəkirdi?” - Video
Məzahir Pənahov seçicilərə çağırış ETDİ
İlham Əliyev səs verdi
Xırdalana gedənlərin NƏZƏRİNƏ!
Rusiya səfiri Azərbaycan XİN-ə ÇAĞIRILDI
Limonad sexində reyd - Tələblər pozulub
XİN adından saxta məlumatlar yayılır


23.08.2024  10:23 

Rəisinin ölümündə SEPAH-ın yeni anti-Azərbaycançı mövqeyi... - Mübariz Əhmədoğlu





A+  A-

“Fars İA mayın 19-da Araz qırağı sərhəddə İran prezidenti İ.Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı xüsusi xidmət orqanlarına istinadən yeni versiya yaydı”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə müsahibəsində siyasi şərhçi Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, guya Prezident İlham Əliyev İbrahim Rəisi ilə danışığı uzadıb və bunun nəticəsində İ.Rəisi helikopterə gec çatıb:

“Helikopterlər getdikdən sonra İ.Rəisi ilə danışıqlarda qalan əməkdaşların sayı artıq olub və onlar da yalnız qalan bir helikopterə minməyə məcbur olublar. Artıq 2 adam olduğuna görə də helikopter yüksəklik yığa bilməyib. Hava şəraiti də əvvəlcə yaxşı olub, getdikcə pisləşib. Nəticədə dağa çırpılıb. Qeyd edək ki, helikopterin 45 yaşı var idi. Yaxında Azərşəhrdə çox güclü elektromaqnit dalğası yayan radiolokasiya stansiyası da var idi. Bunları zərrə qədər nəzərə almadı. Əlbəttə, belə qəzaların üstü nə qədər tez açılsa, doğru-düzgün məlumat yayılsa bu bir o qədər yaxşıdır. Məsələ burasındadır ki, digər iki helikopterdə əlavə iki adam olsaydı, o helikopterlərdə də qəza olacaqdımı? Yoxsa qəzanın əsas səbəbi ABŞ mənşəli helikopterin 45 il istismarda olmasıdır. Fars İA-nın təxminən 94 gündən sonra yaydığı məlumat və ya İran xüsusi xidmət orqanlarının indi bu məlumatı üzə çıxarması SEPAH-ın zəifliyi ilə bağlı məlumatların baş alıb getdiyi dövrə düşür”.

Siyasi şərhçi əlavə edib ki, əvvəlcədən bəlli idi ki, İran prezidentinin Müdafiə Nazirliyinə təqdim etdiyi adam kimliyindən asılı olmayaraq sepahçı olmayacaqsa, o parlamentdə böyük səs çoxluğu qazanacaq:

“Çünki parlamentdə çox güclü anti-SEPAH əhval-ruhiyyə mövcuddur. İ.Haniyanın SEPAH-ın təhlükəsizliyini təmin etdiyi mehmanxanada qətlə yetirilib, ondan az öncə Suriyada İran konsulluğunda məşhur sepahçı general öldürüldü, ondan əvvəl Q.Süleymaninin öldürülməsində sepahçıların casusluğu ilə bağlı rəsmi məlumatlar var. SEPAH indi bu informasiyanı ortalığa qoymaqla tək özünün deyil, həm İran Silahlı Qüvvələrinin də qüsura malik olduğunu sübut etmək istəyir. Çünki o helikopterlər İranın Silahlı Qüvvələrinin Baş qərargahının nəzdindəki aviasiya hissələrinə aid olub. Həmin aviasiya qüvvələrinin də o zamankı komandanı Əziz Nəsirzadə indi İranın müdafiə naziridir”.

M.Əhmədoğlu qeyd edib ki, SEPAH həm də kəskin anti-Azərbaycançılıqdan əl çəkmədiyini nümayiş etdirmək istəyir:

“Əminik ki, inşallah İran Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müvafiq xidmətləri bu məlumatı indi təkzib etdiyi kimi yenə də yaxın zamanlarda əgər SEPAH tərəfindən əlavə addımlar olacaqsa, onları da təkzib və ya neytrallaşdıra biləcəklər. İranın müdafiə naziri Ə.Nəsirzadə yeni versiya açıqlayacaq”.

Xəbər 4631 dəfə oxunub.



29.01.2025  10:49 

Prezident sərəncam imzaladı

29.01.2025  10:32 

Qubada kişi dəm qazından BOĞULDU

29.01.2025  10:29 

Yasamalda 5 otaqlı ev YANIB

29.01.2025  10:18 

Ceyhun Bayramov Türkiyəyə GETDİ

29.01.2025  09:56 

İlham Əliyev səs verdi

29.01.2025  00:52 

Bu gün Azərbaycanda seçkilərdir

28.01.2025  17:21 

5 ildən sonra üzə çıxdı -Foto


BÜTÜN XƏBƏRLƏR +