Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


28.10.2019  15:01 

2020-ci ilin büdcə layihəsinin 2 əsas aspekti – TƏHLİL





A+  A-

2020-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı ictimai müzakirələr davam etməkdədir, bunu yaxşı hal hesab etmək olar. Büdcə layihəsi ölkənin ən ali maliyyə sənədidir və iqtisadiyyatın real mənzərəsinin güzgüsü olduğundan sözsüz ki, ictimai müzakirələr labüddür. Xüsusilə də büdcə layihəsi ilə bağlı Milli Məclisdə müzakirələrin başlanmadığı bir vaxtda bu cür ictimai diskusiyalar faydalıdır. Bu baxımdan müzakirələrin sonunda büdcəyə əlavə və dəyişikliklərin olması mümkündür.
İlkin olaraq, büdcə ilə bağlı səsləndirilən bəzi iradlar haqqında fikirlərimi bölüşmək istərdim. Bəzi ekspertlər iddia edirlər ki, növbəti ildə büdcənin cari xərclərinin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini üstələyir. Məlumdur ki, 2020-ci ilin büdcənin xərclərinin strukturuna daxil olan cari xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 64,2 faiz həcmində və ya 17 milyard 275,9 milyon manat proqnozlaşdırılıbdır. Yəni, gələn il büdcədə cari xərclər bu illə müqayisədə 37,6 faiz çoxdur. Əslində müqayisə olunan dövrdə qeyri-neft sektorundan daxilolmaların artım tempi cari xərclərin artım tempini üstələyibdir və bu dəyişiklikdən narahat olmağa dəyməzdi. Amma gələn il üçün bütün mənbələrdən qeyri-neft gəlirləri 10 milyard 604,5 milyon manat proqnozlaşdırılır ki, bu da 2019-cu illə müqayisədə 12 faiz artım deməkdir. Yəni, burada narahatlıq üçün ciddi əsaslar yoxdur. Çünki Dövlət Neft Fondundan büdcəyə transfertlər 14,3 milyon manat azaldılaraq 11 milyard 350 milyon manata endirilir. Faktiki olaraq büdcə gəlirlərinin artımı daha çox qeyri-neft sektorundakı gəlirlərin artmasına hesablanıb. Yəni hökumət neftdən asılı olan büdcə siyasətindən tədricən imtina edir.

Vurğulamaq istədiyim ikinci məsələ cari xərclərin artması ilə bağlıdır. Cari xərclərin məbləğinin büdcədə artırılması təbiidir. Çünki 2019-cu ildə əmək haqqı, pensiya və digər sosial müavinətlər artırıldı və bu da avtomatik olaraq büdcədə sosial xərclərin artmasına səbəb oldu. “Büdcə sistemi haqqında Qanun”a əsasən, büdcənin cari xərclərinə əmək haqqı, pensiya və digər sosial müavinətlər daxildir. Hökumət qeyri-neft sektorundan daxilolmaları artırmaqla cari xərcləri qarşılamaq siyasətini seçib və bu da indiki reallığa tam adekvatdır. Təbii ki, əmək haqqı, pensiya və başqa sosial ödənişləri yalnız qeyri-neft sektorunun artımı hesabına maliyyələşdirmək mümkün deyil və bu hədəflərə tədricən çatmaq mümkündür. Onu da xatırlatmaq gərəkdir ki, “gizli iqtisadiyyat”ın leqallaşdırılması hökumətin prioritetinə çevrilib və bu factor da qeyri-neft gəlirlərinin artmasında rol oyanayır.

Bundan başqa, bəzi ekspertlər iddia edirlər ki, 2020-ci ilin dövlət büdcəsinin kəsiri böhran həddini keçəcək. Bu, onunla əsaslandırlır ki, 2020-ci il üçün büdcə kəsiri ÜDM-in 3,3 faizi həcmində proqnozlaşdırılıb və bu göstərici Avropa regionu ölkələri üçün Mastrix sazişi ilə tənzimlənən 3 faizlik böhran həddinin aşılması deməkdir. Digər narahatlıq yaradan tendensiya kimi gələn il proqnozlaşdırılan büdcə kəsirinin ötən ilə nisbətən 12,5 dəfə çox olması qeyd edilir.

Bu məsələ ilə bağlı onu vurğulamaq lazımdır ki, ilkin büdcə poqnozlarına əsasən, 2020-ci il üzrə ÜDM real iqtisadi artımı 2,4 faiz olmaqla 82,7 milyard manat, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM artımı 3,3 faiz olmaqla 54,2 milyard manat təşkil edəcəkdir. 2020-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcə kəsiri ÜDM-in cəmi 3,3 faizini təşkil edəcək. İqtisadi praktikaya əsasən demək mümkündür ki, büdcə kəsirinin fəlakətli həddə olması kəsirin ÜDM istehsalına nisbəti ilə ölçülür. Dünya ölkələrinin təcrübəsi göstərir ki, büdcə kəsiri ölkənin ümumi milli məhsulunun 4 faizindən çox olduqda iqtisadiyyata daha güclü mənfi təsir göstərir. Bu nöqteyi nəzərdən tam əminliklə qeyd etmək olar ki, büdcə kəsiri ilə bağlı heç bir narahatlığa əsas yoxdur.

Büdcə ilə bağlı ictimai müzakirələrdə diqqəti cəlb edən digər mühüm istiqamətlərdən biri yeni büdcə qaydaları ilə bağlıdır. Məlum olduğu kimi Maliyyə Nazirliyinin təklifinə əsasən, 2018-ci ildə “Büdcə sistemi haqqında Qanun”a dəyişiklik edildi. Dəyişikliyə əsasən, 2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydası tətbiq edilməkdədir. Qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına hesablanıb. Eyni zamanda, qaydalar neftin bahalaşmasından həvəslənərək xərcləri şişirdən müxtəlif təşkilatların korrupsiya ehtiraslarının cilovlamağa tam imkan verir. Beləliklə, ümumilləşdirərək vurğulamaq olar ki, büdcə kəsirinin gələn il üçün proqnozlaşdırılan həddi normaldır və ölkənin maliyyə imkanlarına adekvatdır.

Qadir İBRAHİMLİ

Xəbər 22573 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +