Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


20.02.2017  15:19 

Sağlam bədən, yoxsa sağlam ruh?





A+  A-

Belə bir deyim var: “sağlam bədəndə sağlam ruh olar”. İfadə olunan fikrin bu sayaq deyilişi (nə qədər şablon görünsə də) ilkin mahiyyətinə xarakterikdir və düzgün ifadə forması hesab oluna bilər – yəni bədən sağlam olsa, ruh da sağlam olar. Bu, deyilən sözün ilkin məntiqi nəticəsidir, deyildiyi kimi də qəbul olunur – bunu yekun nəticə kimi qəbul etsək, fikir fərqliliyi alınar və təbii sual yaranar: fiziki sağlamlığını ömrünün hansısa mərhələsində, yaxud doğuluşdan itirmiş birisinin sağlam ruh daşıyıcısı olduğunu inkar etməliyikmi? “Xeyr” deyərək bu inkarı inkar edəcəyik. Lakin nəticə öz nəticəliyində qalır və ilkin deyilişdən tamam əks nəticə alınır: “fiziki qüsurlu (xəstə) bədəndə xəstə ruh olar”.
Məntiqə əsaslansaq, tamam fərqli nəticə ilə qarşılaşarıq. Məs., birinin bədəni olduqca sağlamdır, ruhu isə başdan-ayağa çirkablıqlar içindədir – yəni, bütün sağlam bədən daşıyıcılarında sağlam ruh olmaya bilər. Nəticədə, “sağlam bədəndə sağlam ruh olar” ifadəsini belə şəxs(lər)ə aid etməyəcəyik.

İnsan anadangəlmə fiziki qüsurlu ola bilər, bu təbii haldır. Amma onda elə bir ruh yüksəkliyi, həyat eşqi müşahidə edilə bilər ki, özünü hər mənada sağlam hesab edənlər də heyrətlənər. Bunun dəfələrlə şahidi olmuşuq. Bədən formasına görə ruhun ölçü vahidini müəyyənləşdirmək və ya bədənin sağlamlıq əmsalını bu sayaq səciyyələndirmək insanı yalnış istiqamətə yönəldir. Sağlam bədənin sağlam ruh formalaşdırması deyimi məntiqi olaraq özünü tam olaraq təsdiqləmir. Çünki bədən mahiyyətcə formaldır, əsas ruhun bədənə təsiri və insanı formalaşdırmasıdır.

Qurani-kərim də ruhi sağlamlığı önə çəkir və bunu insanın formalaşmasında, ömrün müəyyən mərhələlərində kamiliyə çatmasında ən vacib şərt kimi səciyyələndirir. Bu, tarixin bütün dönəmlərində özünü təsdiqləyib – xəstə təfəkkürə (ruha) malik sağlam bədən sahibləri xəstə cəmiyyətin rüşeymi kimi qəbul olunub. Burdan belə bir məntiqi nəticə alınır: ruh sağlam olarsa, bədən də sağlam olacaqdır. Sağlam ruh sağlam bədən formalaşdırır. Fiziki qüsurlar ruhun sağlamlığına dəlalət edə bilməz. İnsan vücudunun ruh və bədənin vəhdətindən yarandığını, bədəni hərəkətə gətirən qüvvənin ruh olduğunu əsas götürsək, o zaman cismin (bədənin) ruha təsirinin heç də deyildiyi kimi əsas vasitə olmadığının, həmçinin şərti də olsa, “sağlam bədəndə sağlam ruh olar” deyiminin bütünlükdə özünü təsdiqləmədiyinin şahidi olarıq. Amma hər ikisi – həm ruh, həm də bədən sağlam olsa, əlbəttə gözəldir. Bu, ilahi bir nemətdir, hamıya nəsib olmur.

Başsağlığı – başın sağlığı

Bu, elə bir dəvədir ki, hər kəsin qapısında otura, elə bir qara buluddur ki, hər kəsin başı üstündə toparlaşa bilər – bundan qaçmaq mümkünsüzdür. Bu, insan itkisidir – doğmasını, yaxınını itirmək hər kəsin qismət payıdır. Ondan qaçmaq olmaz, əcəldən qaça bilmədiyimiz kimi.

İnsan ağır itki ilə üzləşəndə yaxın ətrafından eşitdiyi ilk sözlərdən biri və ya birincisi bu olur: “başın sağ olsun, axır qəmin olsun”. Olduqca ütülü ifadə formasıdır – nə qədər təsəlliverici mahiyyət kəsb etsə də. Burada “başın sağlığı”, “qəmin sonluğu” hansı anlamda başa düşülür-düşülsün, fərq etməz, ifadə olunan fikir təzadlıdlr - əgər, alt qatda olan mənaya diqqət etsək.

Sən yaxınını itirmisən, sənə “başın sağ olsun...” deyilir - nə demək bu? Bir qədər kobud səslənsə də, bu sayaq mənanı özündə ehtiva edir: cəhənnəmə, gora ölüb, təki sən salamat qal.

Insan sağ ikən sevinc də, qəm də (biri az, digəri çox ola bilər) onu paralel müşayət edir, hər biri öz məqamında möhürünü vurur. Sevincin də, qəmin də sonluğu ömrün sonunda olur. Hər ikisi səninlə bərabər ölür. “Axır qəmin olsun” o deməkdir ki, sonrakı ölüm şərbəti sənin nəsibin olsun. Hər nəqər belə arzulanmasa da, belə yozulur.

Bu həqiqətdir ki, atəş düşdüyü yeri yandırar. Yanan yerə quş öz dimdiyində bir damcı su götürüb atarsa, o da hesaba yazılar. Yəni, belə anlarda qəlb yanıb qovrulan birisinə qəlbən deyilən təskinli bir söz, qəlbin ifadə formasının təcəssümü olan səmimi bir baxış, əlbəttə, təsirli təsəllidir. Düşünürəm ki, o məqamda Allahdan səbir diləmək – “Allah səbir versin” demək daha gözəldir. Çünki o məqamın sözü “səbir”dir – səbrin məqamı isə “atəşin” pik nöqtəsidir. Orda iki hal var: yanıb qovrula da, səbir edib Allahın rəhmətini qazana da bilərsən.

Bu sayaq deyimlərin, ifadə formalarının tarixi hansı zaman(lar)a söykənir, demək çətindir. Amma deyilişdən belə anlamaq olur ki, bunlar elə də uzaq keçmişin “məhsulu” deyil. Fikirlərimizin yekun nəticəsi budur ki, hər hansı bir söz və ifadənin alt qatdakı mənasına varmadan onu yalnış olaraq leksikonumuzun bəzəyi hesab ediriksə, nəsildən-nəsilə ötürürüksə - demək yanılırıq. Belə söz və ifadələr isə kifayət qədərdir, yeniləri də yaranmaqda. Zaman gələcək “korrupsiya” və bu qəbildən olan ifadələr də el deyimi kimi dillər əzbəri olacaq. Indi də dillərdə əzbərdir bu sözlər – hələ ki, onu yaradanların, ondan faydalananların, bir də haqsız olaraq onun qurbanı olanların.

Vasif Hüseynov

Xəbər 8501 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +