Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


03.02.2017  18:24 

Məcburi köçkünlərə ŞAD XƏBƏR





A+  A-

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 3-də Binəqədi rayonunun Sarıqaya massivində yerləşən Şəfəq sanatoriyasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.

XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, sanatoriyada Laçın rayonundan 62, Şuşa rayonundan 18, Zəngilan rayonundan 3, Ağdam rayonundan 3, Füzuli rayonundan isə 2 ailə məskunlaşıb. Ümumilikdə, sanatoriyada 297 məcburi köçkün məskunlaşıb.

Baş nazirin müavini Əli Həsənov burada məskunlaşan ailələrin yaşadıqları mənzillərdə olub, məcburi köçkünlərin problemləri ilə maraqlanıb, bu problemlərin həlli ilə bağlı müvafiq strukturların nümayəndələrinə göstərişlərini verib.

Məcburi köçkünlər öz yurd-yuvalarını tərk etdikdən sonra daim dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını söyləyiblər. Onlar məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Fərmanı yüksək qiymətləndirib, məcburi köçkünlərin hər zaman dövlətimizin başçısını dəstəklədiklərini ifadə ediblər. Məcburi köçkünlər işğal altındakı torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi altında ən qısa müddətdə azad olunacağına inandıqlarını vurğulayıblar. Onlar işıq, su və qazla bağlı olan bəzi problemlərinin də qısa müddətdə həll olunacağına əminliklərini ifadə ediblər.

Baş nazirin müavini Əli Həsənov “Azərişıq” ASC, “Azərsu” ASC-nin və “Azəriqaz” İstehsalat Birliyinin görüşdə iştirak edən sədr müavinlərinə məcburi köçkünlərin səsləndirdikləri problemlərin həlli ilə bağlı bəzi tapşırıqlar verib. Əli Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti hər zaman məcburi köçkünlərin problemlərinin həllini diqqət mərkəzində saxlayır, onların həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq göstərişlər verir. Məmurlar xalqın xidmətçiləridir və bu istiqamətdə Prezidentin göstərişlərini yerinə yetirirlər. Məcburi köçkünlər də hər zaman dövlətimizə, dövlətçiliyimizə xidmət göstərirlər, Prezidentimizin yürütdüyü siyasəti dəstəkləyirlər.

Görüşdən sonra jurnalistlərə müsahibə verən komitə sədri Əli Həsənov deyib ki, Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirdiyi kimi, qəzalı vəziyyətdə olan binalardan məcburi köçkünlərin köçürülməsi ilə bağlı qərar verilib. Artıq müəyyən vəsait də ayrılıb. Artıq layihə işlərinə başlanılıb. İlkin mərhələdə ən ağır vəziyyətdə olan Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan 260 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

Tikinti üçün də yerlərin artıq seçildiyini bildirən komitə sədri deyib ki, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik qəsəbənin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli bir, beşmərtəbəli 80 mənzilli iki yaşayış binasınin tikilməsi nəzərdə tutulub. Bu dörd bina ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Qısa müddətdə layihələr icra olunacaq və binaların tikintisinə başlanılacaq.

Şəfəq sanatoriyasından çoxsaylı müraciətlərin daxil olduğunu bildirən Əli Həsənov deyib: “Buraya gəlib vəziyyətlə yerində tanış oldum, sizin də gördüyünüz kimi, vəziyyət çox acınacaqlıdır. İstəyirdik müvəqqəti olaraq müəyyən təmir işləri görək. Ancaq burada təmir işləri görmək mümkün deyil. Sanatoriya ətrafındakı ayrı-ayrı evlərdə təmir işləri aparıb vəziyyəti mümkün qədər yaxşılaşdırmaq mümkündürsə, onu edəcəyik. Ancaq bütövlükdə bu sanatoriyanın vəziyyəti ilə bağlı rəhbərliyə məruzə edəcəyəm. Qərar veriləcək və biz də o qərarı təcili icra edəcəyik”.

 



Xəbər 1619 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +