03.02.2017 12:30
Bakının Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyi Zəhra” məscidi yenidən sökülmə, ərazisinin alınması təhlükəsi ilə üzləşib.
Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, hansısa məmur məscidin ərazisinin bir hissəsini almaq və orada tikinti aparmaq niyyətindədir. Qeyd edək ki, bu məscidin sökülmək təhlükəsilə qarşılaşdığı ilk hal deyil.
Məsələ ilə bağlı açıqlama verən vəkil Cavad Cavadov olayı ictimailəşdirəcəyini və müvafiq qurumlardan cavab almağa çalışacağını bildirib.
Bakı şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilib, lakin onun tam olaraq tikintisinə imkan verilməyib.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.
Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı rayon İcra Hakimiyyəti məscidə qarşı dava açaraq, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib.
Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib.
Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin bütün təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.
Yalnız ölkə Prezidenti İlham Əliyevin müdaxiləsi nəticəsində bu qanunsuzluqlara son qoyulub.
Məhkəmə qərarları Ali Məhkəmənin Plenumunda ləğv edilib, Bakı Apellyasiya Məhkəməsində 29.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab olunub, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin edilməyib, Bakı şəhəri Suraxanı rayonu. Eyni zamanda Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid komleksi Qafqaz Müsalmanlan İdarəsinin balansına verilib.
Qətnamə qanuni qüvvəsini alıb və 6 il keçməsinə baxmayaraq məscid natamam olaraq qalıb. Buna baxmarayaq məsciddə ibadətlər edilib və möminlər həmişə nümünəvi olaraq davaranıblar.
C.Cavadov bildirib ki, məscidin ərazisinin yenidən alınması çox pis haldır:
“Bu qanunsuzluqlara qarşı çıxmaq ilk olaraq müsəlman kimi özümə borc bilirəm, sonra isə vəkil olaraq. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə və Suraxanı rayon İcra Hakimiyyətinə informasiya sorğuları göndərirəm. Məscidin ərazisi onun mülkiyyəti və ayrılmaz hissəsidir. Cənab Prezidentin göstərişi ilə 2010-cu ildə məscidin sökülməsinin qarşısı alınıb, sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bu hal mübahisəsiz olaraq öz təsdiqini tapıb. Qanunla bu torpaq sahəsinin sərəncamçısı QMİ-dir. Əvvəlki qanunsuz məhkəmə qərarlarının ləğv edilməsinə görə müraciət edənlər sırasında QMİ olduğundan, bu idarənin məscidə qarşı növbəti qanunsuzluğa nəinki göz yumacağın, ona qarşı yenidən mübarizə aparacağına tam əminəm. Xüsəsən 2017-ci ildə - “İslam Həmrəylik ili”ndə hansısa məmurların belə niyyətlərinin olması dövlət siyasətinə qarşı zənnimcə açıq-aşkar təxribat ola bilər və buna qarşı bütün hüquqi müdafiə vasitələri ilə qarşı çıxacam və əminəm ki, mən tək olmayacam”.
Məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov açıqlamasında məsələnin araşdırılacağını deyib:
“Azərbaycanda 2165 məscid var. Bu məscidlərin 306-sı tarixi, dini abidə kimi dövlət tərəfindən qorunur. Amma bu o demək deyil ki, onlar tarixi abidə kimi qorunduğu üçün Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Mədəniyyət Nazirliyinin balansında olan məscidlər o məscidlərdir ki, onlar konkret olaraq qoruq ərazisində yerləşirlər. Belə məscidlər Gəncədə, Şəkidə , eyni zamanda İçərişəhər qoruq idarəsinin ərazisində fəaliyyət göstərən məscidlərdir. Yerdə qalan məscidlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı bələdiyyələrin balansındadır. Bələdiyyələr isə bu məscidlərin təmənnasız, icarə haqqı alamdan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) istifadəsinə veriblər. Amma bu o demək deyil ki, məscidlər QMİ-nin balansındadırlar. Balans olaraq bələdiyyələrdədir, bələdiyyələr isə məscidləri QMİ-nin istifadəsinə verib.
Konkret olaraq ““Fatimeyi Zəhra” məscidinə gəlincə, bu məsələ Komitə tərəfindən araşdırılacaq və ərtaflı məlumat veriləcək”.
(modern.az)
|
14.11.2024 12:05
Azərbaycanlı iş adamının obyektinə basqın: qanunsuz spirtli içkilər, qumar oyunları...-Video
13.11.2024 23:50
Azərbaycanın COP29-dakı rolu: Polşa - Azərbaycan əməkdaşlığı
13.11.2024 23:25
Polşa Azərbaycanlıları Şurası Media Departamentini təsis etdi
13.11.2024 19:20
13.11.2024 18:38
13.11.2024 18:23
13.11.2024 15:51
Ukrayna prezident seçkilərinə gedir: Müharibə bu tarixdə bitəcək
13.11.2024 10:17
12.11.2024 18:29
12.11.2024 18:15
12.11.2024 16:39
12.11.2024 16:29
12.11.2024 12:58
12.11.2024 12:10
11.11.2024 18:42
11.11.2024 16:04
11.11.2024 15:30
11.11.2024 15:18
11.11.2024 11:26
10.11.2024 16:29
09.11.2024 17:59
09.11.2024 17:53
09.11.2024 16:29
09.11.2024 16:24
09.11.2024 16:17
09.11.2024 16:12
08.11.2024 15:49
08.11.2024 14:13
Mədəniyyət və dəbin bir araya gəldiyi məkan: İstanbulda alış-veriş terapiyasına qoşulun
08.11.2024 12:24
08.11.2024 12:11
08.11.2024 12:02
08.11.2024 10:40